Jurnalistlər peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq Vətənin müdafiəsinə qalxmışdılar - Əhməd İsmayılov

19 May 2022, 15:45
19 May
2022
15:45
112
Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi olan bu toplantımız həm öz daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji əhəmiyyət daşıyır. Ölkələrimizdə ictimai rəyin düzgün formalaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin, eyni zamanda medianın rolu danılmazdır. Bu iki təsisatın birgə əməkdaşlığı, bir-birini tamamlayan maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur. Bu baxımdan, bugünkü toplantıdan gözləntilərimiz böyükdür.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışı zaman deyib.
O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi, media ictimaiyyətinin də işində əsaslı dönüş yaradıb.
"Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur.
Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi gedişində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı silaha sarılaraq da Vətənin müdafiəsinə qalxmışdılar. Onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar. Vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlərimiz də var və təəssüflə vurğulamaq istərdik ki, Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar.
İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir”, - deyə Ə.İsmayılov bildirib.
O, 44 günlük Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu vurğulayıb.
"Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar.
Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda, türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik.
Əziz dostlar, fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini yaşayır. Cənab Prezident İlham Əliyevin ötən ilin yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir.
Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş geniş miqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.
Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsi bütün media subyektlərinin inkişafı baxımından əlverişli mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət və qayğısı bunun bariz sübutudur. Onu da xüsusi vurğulamaq istərdik ki, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul edilmiş, cənab Prezidentin imzaladığı "Media haqqında” Qanun Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyyətini artırmağa, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir.
Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə bizim səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq. Bu yolda hər birinizə uğurlar arzulayırıq”, - deyə Ə.İsmayılov əlavə edib.
7News.Az
Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
GÜNDƏM, SOSİAL
MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
-
GÜNDƏM, SOSİAL
Gənclər Fondu “ŞUŞA İLİ” istiqamətində layihə qəbulu elan etdi
-
GÜNDƏM, SOSİAL
Zona konfransları bölgələrdə fəaliyyət göstərən QHT-lər və ictimai şuraların fəaliyyətinin təkmilləşməsinə böyük təkan verəcək
-
GÜNDƏM, SOSİAL
ŞUŞA, SƏN AZADSAN!
-
GÜNDƏM, SOSİAL
Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur - Elşən Musayev
-
GÜNDƏM, SOSİAL
QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Qəbələdə keçirilib
-
GÜNDƏM, SOSİAL
"Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və bütün dünya üçün nümunədir"- Elşən Musayev
-
GÜNDƏM, SOSİAL
“Teknofest Azərbaycan”ın təşkilinə 270 nəfərdən çox RİİB könüllüsü dəstək verir