Kanada universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Kanada universitetində  Azərbaycan mədəniyyəti təbliğ olunub
Kanadanın paytaxtı Ottavada yerləşən Karlton Universitetində (Charleton University) bir çox dünya xalqlarının, o cümlədən ölkəmizin mədəni irs nümunələrinin əks olunduğu simvolik divarlar təqdim olunub.  

Kanada Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış "Azərbaycan divarı”nda Dövlət Bayrağımız, Bakı, Şuşa və Naxçıvanın tarixi abidələri ilə yanaşı, xalqımızın qədim və zəngin mədəniyyətini tərənnüm edən rəsmlər də öz əksini tapıb. 

"Azərbaycan divarı”nın ərsəyə gəlməsində Nərmin Abbasova, Sevda və Sevil Zeynallılar, Rumeysa Dos, Vüsalə Əhmədova və İrina Kojevnikovanın böyük əməyi olub.

Xəbər lenti