Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib
Nazir iyulun 23-də Tərtər rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən 19 iyul 2022-ci il tarixində Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Nazir iyulun 23-də, saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3526501) və Bərdə Dövlət Aqrar Aqrar İnkişaf Mərkəzinə (050-3179360) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Xəbər lenti