"KHUR Side" restoranında şəhid analarına diqqət davam edir - ANALAR GÜNÜNDƏ

7NEWS.az cəbər verir ki, bayram ve digər əlamətdar gunlərdə şəhid anaları və qazi ailələrini diqqətdə saxlayan "İNCİ GROUP" 14 may "Analar günü"ndə şəhid analarını yaddan çıxartmadı. Dünyanın ən müqəddəs varlığı olan "analar günü" münasibəti ilə "KHUR Side" restaranı, "Ofside" mağazalar şəbəkəsi şəhid anaları üçün bayram tədbiri hazırlamışdı. Tədbirdə Mingəçevirin xanəndə xanımı Z.Hacıyeva, "Banu" rəqs qrupu iştirak edib. "M.D.D.T əməkdar aktrisası Ella Yaqubova və gənc aktiyor Paşa bəy analara aid müxtəlif şeirlər səsləndiriblər. "KHUR Side" restoranı tərəfindən şəhid analarına bayram süfrəsi təşkil olunmaqla yanaşı vətənə layiqli, mərd və tarix yazan övladlar bəxş etdiklərinə görə təşəkkürnamələr verilib. "Ofside" mağazalar şəbəkəsi isə bayram münasibəti ilə analara "Frauzen" brendinin mətbəx məhusullarından hədiyyə edib. 14 may "Analar günü" münasibəti ilə hazırlanmış bayram tədbirində "İNCİ Group"un, "KHUR Side" restoranının Mingəçevirdə olan digər iaşə servis müəssələrinə sosial çərçivdə örnək addım atmağı ilə bir daha fərqlilik yaratdı.
 



 

Xəbər lenti