"Khurside" restoranından daha bir ilk: Mingəçevir Turizm Kollecinin və MDU-nun tələbələri üçün TƏCRÜBƏ


7NEWS.az xəbər verir ki, "İNCİ" şirkətlər qrupuna aid olan "Khurside" ailəvi restoranı Mingəçevir şəhərində fəaliyyət göstərir

Ümumi tutumu 180-200 nəfərlik olan bu restoran hər gün təzə-tər ərzaq məhsulları ilə təmin olunmaqla yanaşı, zəngin yemək çeşidli menyuyada malikdir. Uşaqlar üçün xüsusi əyləncə məkanı olan "Khurside " restoranını digər yerli restoranlardan şəffaf mətbəxi , modern interyeri və peşəkar xidmət səviyyəsi fərqləndirir. 
Burada avropa və milli mətbəximizə aid yeməklərin ləziz və zövqləri oxşayacağ , damaq dadına uyğun hazırlanması müştəri məmnuniyyəti üçün nəzərdə tutulub. Qonaqlara xidmətin daha da yüksək səviyyədə təşkil olunması üçün , restoran rəhbərliyi tərəfindən əməkdaşlar üçün vaxtaşırı təlimlər təşkil olunur. 
Sadalanan müsbətyönlü addımlar qısa müddətdə restoranın fəaliyyət göstərməsinə baxmayaraq buranın müəyyən təhsil müəssələri üçün təcrübə mərkəzinə çevrilməsinə səbəb olub. 
Mingəçevir Turizm Kollecinin və MDU-nun "İaişə müəssələrində servis  (İMS) ixtisası üzrə sonuncu kurs tələbələri üçün restoran malik olduğu uğurlu təcrübəni həvəslə örgədir. 
Adı çəkilən ixtisas üzrə restoranın meneceri H.Esmira və baş aşbaz B.Məhəmməd təcrübə keçən tələbələrlə nəzəri və praktik məşğul olur. Sağlam qida rassionunun təşkili , menyu tərtibatı, qonaqlara stosionar servis və çatdırılma xidmətləri haqqında məlumat verilir.
Təcrübəçilər "Khurside" restoranında bar xidmətləri haqqında da biliklər toplamış olurlar. 
Gülərüz və peşəkar personala sahib olmaq zəhmətsevərlik və qonaqpərvərlik tələb edir. Bu isə "Khurside" ailəvi restoranında cəmləşir. Məhz bu amillər restoranın təcrübə mərkəzi kimi də fəailiyyət göstərməsinə əsas verir.
 
 






 

Xəbər lenti