"“Kimdir jurnalist” sualına cəmiyyətin cavabı aydın olmalıdır" - Natiq Məmmədli

 

7NEWS.az xəbər verir ki, bu barədə MEDİA-nın rəsmisi Natiq Məmmədli şəhid ailəsindən rüşvət alan "reket" jurnalistlərə münasibət bildirərkən deyib: "Çox unatc verən, jurnalist peşəsini cəmiyyətin gözündən salan biabırçı faktla üz-üzəyik! Özünü "jurnalist” kimi təqdim edən bir dəstə dələduz Şəhid ailələrindən material hazırlamaq, guya "Şəhid övladlarını təbliğ etmək” adı altında pul alırlar.  

İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın! Bunu hiddətlə pisləyirik! 

Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, jurnalistikanın təməl prinsiplərini, etik davranış qaydalarını əsas götürərək peşə borcunu yerinə yetirən Azərbaycan jurnalisti, məsuliyyətli media təmsilçisi heç vaxt belə addım atmaz. 

Bu hadisədən iki nəticə çıxarmaq olar; 

1.Tək jurnalistin yox, bütün cəmiyyətin media savadlılığı istiqamətində hamımız fəallığımızı artırmalıyıq. 

2. "Kimdir jurnalist” sualına cəmiyyətin cavabı aydın olmalıdır. Bu baxımdan jurnalistin sosial statusunu konkretləşdirən və təəssüf ki, bəzilərinin anlaşılmaz münasibət sərgilədiyi vahid "Jurnalist vəsiqəsi”nin aktuallığı burada özünü göstərir. 

Həmkarlarımız, ciddi media təmsilçiləri haqlı olaraq Şəhid ailələrinə qarşı belə addım pisləyir. İctimai qınaq zəruridir və buna hər kəs öz münasibətini bildirməlidir."
7NEWS.az

Xəbər lenti