“Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” adlı tədbir keçirilib

30 Dekabr 2022, 12:25
30 Dekabr
2022
12:25
55
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Dövlət Miqrasiya Xidməti ilə birgə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 5.1-ci maddəsinin icrası məqsədilə "Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən QHT-lərin dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Agentliyin Müşahidə Şurasının üzvləri, Xidmətin və Agentliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilatları iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Zaman keçdikcə korrupsiyanın səbəb və nəticələri dəyişdikcə, beynəlxalq və yerli səviyyədə korrupsiya ilə mübarizənin forma və metodları da dəyişir. Bu baxımdan korrupsiya hallarının ifşa olunmasında vətəndaş cəmiyyəti təsisatlarının fəallığı çox önəmlidir.
Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir və bu islahatlar bu gün də davam etdirilməkdədir. V.Hüseynov bildirib ki, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına verilən önəmin nümunəsi kimi qiymətləndirmək olar.
Daha sonra çıxış edənlər Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri - Sahib Məmmədov, Rauf Zeyni, Ramil İskəndərli, Vüsalə Hüseynli, Əhməd Abbasbəyli, Hafiz Həsənov, Mirəli Hüseynov, Cəsarət Hüseynzadə, Səadət Bənənyarlı, Ruslan Atakişiyev ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğulayaraq, korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. Bildiriblər ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin yeni təşəbbüsləri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi sahəsində normativ aktların qəbul edilməsi, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq istiqamətində atılmış addımların davamı kimi qiymətləndirilir.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və Xidmətin rəisi mövzu ilə bağlı QHT- lərin suallarını cavablandırıb.


Xəbər lenti
-
15:50Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:51Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:48“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:19DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
12:31"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
11:39Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
19:49Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:11Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:30İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:08Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:55“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:15Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:57Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:34Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:41“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:33“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
16:59Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
29 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
GÜNDƏM, SOSİAL
Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
GÜNDƏM, SOSİAL
52 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
SOSİAL
Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
SOSİAL
DTX-dən xəbərdarlıq!
-
SOSİAL
Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
SOSİAL
Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib