Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?
29 Noyabr 2020, 10:31
29 Noyabr
2020
10:31
1205
Fövqəladə hadisə baş verməsə, Ermənistan dekabrın 1-də Laçını Azərbaycan Ordusuna təhvil verməlidir. Üçtərəfli razılaşmanın 6-cı bəndində deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək. Bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün də Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur.
Bu o deməkdir ki, xoşumuza gəlsə də, gəlməsə də, yaxın 3 ildə Azərbaycan vətəndaşları və Qarabağda yaşayan erməni əhali Laçın yolundan birgə istifadə etməlidirlər. Burada heç bir alternativ yoxdur.
Məlumdur ki, İrəvandan Xankəndiyə (və ya əksinə) gedən ən qısa yol Laçın dəhlizindən keçir. Burada bir mühüm məqama da aydınlıq gətirmək lazımdır. Razılaşmada deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq. Qarabağı Ermənistanla birləşdirən yola bələd olmayanlar bu məqamla bağlı bəzi haqlı suallar verirlər. "Şuşaya toxunmayacaq” razılaşması nə deməkdir?
Məlumat üçün deyək ki, İrəvandan Xankəndiyə getmək üçün (və ya əksinə) Şuşa şəhərinə daxil olmağa zatən ehtiyac yoxdur. Bu sovet dönəmində də belə idi. Yerli əhalinin "Alt yol” dediyi yol Laçın istqamətindən gələndə Şuşanın girəcəyindədir (Həmin fotonu təqdim edirik). Xankəndidən İrəvana gedənlər (və ya İrəvandan gələnlər) Şuşaya daxil olmağa ehtiyac duymurdular. Amma bildirək ki, "Alt yol”dan istifadə edənlər - həm Ermənistana gedənlər, həm Xankəndiyə gələnlər - faktiki Şuşanın inzibati ərazisindən keçirlər. 10 noyabr anlaşmasında "Şuşaya toxunmayacaq” deyəndə məhz söhbət ondan gedir ki, ermənilərin bu tarixi şəhərimizin içərisinə daxil olaraq Laçın yoluna çıxması (və ya Xankəndiyə getməsi) qadağındır. Hələ dinc dövrlərdə də ermənilər Şuşada işləri olmazsa, heç vaxt şəhərin içindən keçərək Laçın yoluna istiqamətlənməzdilər.
Amma burada bir maraqlı məqam da var. Bu, Xankəndi-Şuşa arasındakı 11 kilometrlik məsafənin kimin nəzarətində olması ilə bağlıdır. Şuşa ilə Xankəndini birləşdirən "Yeddi dolama” deyilən yol Şuşanın inzibati ərazisi sayılır. Şuşanın işğalınadək də bu yol Azərbaycanın nəzarətində olub. İndi Xankəndi-Ağdam yolu bağlıdır. Şuşaya isə alternativ yol çəkilişinə başlanıb. Belə olduğu halda, Xankəndidən gedən (və gələn) həmin 11 kilometrlik ərazinin də sülhməramlıların nəzarətində olacağı aydınlaşır. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən infoqramadan da görünür ki, Laçın koridorundan Şuşanın girişinədək sülməramlıların 6 nəzarət postu qurulub.
Noyabrın 27-nə olan rəsmi məlumata görə, sülhməramlılar Laçın koridorunu nəzarətə götürəndən (noyabrın 14-dən) bu yolla Xankəndiyə 24 avtobus və 201 avtomobil keçib. Amma həmin 11 kilometrlik məsafədə neçə post qurulduğunu təəssüf ki, infoqramda müəyyənləşdirmək mümkün olmur.
Amma Rusiya Müdafiə Nazirliyinin sülhməramlılarla bağlı yaydığı rəsmi məlumatdan çıxan nəticə budur ki, sülhməramlı hərbi polis bölmələri Laçın dəhlizindən Xankəndiyə gedən yola bütün marşrut boyu nəzarət edirlər.
Şuşaya alternativ yol çəkildiyi və Xankəndi-Ağdam yolunun açılmasının hələ gündəmdə olmadığı üçün 11 kilometrlik dolamaların əslində, bizim üçün xüsusi strateji əhəmiyyəti qalmır. Şuşaya çəkilən yolun ilkin projekti də onu deməyə əsas verir ki, Azərbaycanın işğaldan azad olunmuş Füzuli, eləcə də Hadrut daxil olmaqla Xocavəndin bir hissəsi də məhz bu yoldan istifadə edərək Şuşaya və əksinə hərəkət edə biləcək. Amma şübhəsiz sözügedən dolamalar da Azərbaycan Ordusunun ən azı müşahidə postlarının nəzarətində olacaq.
Rusiyalı jurnalist Andrey Borodulin də ridus.ru layihəsi üçün hazırladığı reportajda Laçın yolundakı son vəziyyətdən bəhs edib. Bildirilir ki, indi Rusiya ordusunun azı 10 blok-postundan keçməklə və erməni polisinin nəzarəti altında Ermənistandan Dağlıq Qarabağa gedib-gəlmək mümkündür. "Bu yolda trafik son ay yarımla müqayisədə xeyli canlanıb. Məsələ bundadır ki, indi Dağlıq Qarabağa aparan iki yoldan biri açıqdır. Noyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Vardenis-Mardakert (Ağdərə) yoluna nəzarəti tam ələ aldı” - reportajda deyilir.
Rusiyalı jurnalist qeyd edir ki, şimal yolunun bağlanmasından sonra ermənilər "Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış "Şuşa” sözünün yanından ötüb keçməlidirlər”. Jurnalist daha sonra yazır: "Ermənilərin həyat yolunun” bir hissəsi sözün əsl mənasında Azərbaycan əsgərlərinin mövqeyi ilə kəsişir, hündür hasarın arasından onları görmək olur. Lakin burada təxribat və ya münaqişələr baş verməyib, Şuşadan çıxışda qurulmuş blok-posta məsul olan Azərbaycan zabiti də bunu təsdiqləyir. Habelə zabit qeyd edib ki, Azərbaycan əsgərləri gözləyirlər: artıq dekabrın 1-də Qarabağa gələn cənub yolu onlar üçün də açıq olacaq”. Jurnalist belə bir sual da edir: "Erməni Qarabağına” aparan yeganə yolda "dinc sakinlər” (ermənilər nəzərdə tutulur - red) və Azərbaycan ordusunun məsələn, Şuşa qarnizonuna gedən hərbi texnikası necə bir yerdə gedəcək”.
Razılaşaq ki, maraqlı sualdır...
Musavat.com
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR