“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL

"Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi. Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu həmçinin iqtisadi bütövləşmə mərhələsidir.”
"Saxta soyqırımın anıldığı 24 apreldən bir gün öncə Azərbaycan dövləti Laçın yolununun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını və nə olduğunu bütün çılpaqlığıyla göz önünə sərdi.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bununla da saxta soyqırımı milli özünütəqdim və özünütəsdiq fürsəti olaraq dəyərləndirənlərə, əbədi kin virusuna yoluxdurulanlara bir daha ayrı-ayrı güclərin əlində geosiyasi alət olmağın perspektivsizliyi başa salındı.
Bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir. Xeyr, bu, Ermənistandan çox, oradakı xəstə təfəkkürlüləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri, Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi. Söhbət Fransadan, İrandan və digərlərindən gedir. Buradan onu da deməliyəm ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə rolları az deyil. Ona görə də mən ABŞ-dakı bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Bəyəm onlar Ermənistana təzyiq edərək 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə 6-cı bəndin də üstündən xətt çəkdirdiklərini bilmirdilər? Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözü gedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, biz bütün ssenarilərə hazırıq. Hörmətli xanım sədr, Ramazan bayramı ilə bağlı Tərtərdə baş çəkdiyim bütün şəhid doğmaları və qazilərimiz Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin qurulmasından son dərəcə razıdırlar, bu olayı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından heç də az əhəmiyyətli saymırlar, bəlkə də əksinə torpaqlarımız üzərində suverenliyimizin tam təmininin rəmzi olaraq ona daha böyük önəm verirlər. Qəhrəman Tərtərin şəhid doğmaları və qaziləri Müzəffər Ali Baş Komandanımıza tarixə qızıl hərflərlə yazılacaq bu gün üçün öz dərin təşəkkürlərini bildirirlər! Sərhəd-keçid məntəqəsini Qarabağdakı hay dillilərin orada qalıb yaşamaları üçün guya əngəl sayan qərbdəki bəlli çevrələr bizim regionda geosiyasi üstünlük və öz ölkələrində eloktoral baza qazanmağa dayanan, bir azca da səlibçilik qoxusu gələn dırnaqarası təəssübkeşliklərini, başqa yolla davam etdirsələr daha yaxşı olar. Elə etdirirlər də. Böyük Britaniyanın müstəqil tədqiqat qurumlarından birinin- Conflict Armament Research-in yaydığı hesabatda göstərilir ki, Ermənistan ötən il ABŞ-dan 2021-ci ildəkindən 515%, Avropa Birliyindən isə 212% çip və prosessor alaraq həmən məhsulların 97%-ni Rusiyaya ötürüb. Maraqlıdır, başqa dövlətlər Rusiyaya qarşı sanksiyanı azacıq pozarkən üstlərinə yerindiyi halda nədən Ermənistanın bu hərəkətlərinə göz yumulur? Yaxud Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləyənlər o marşrutla Ermənistandan Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat daşındığını, həmən silahlı birləşmələrin isə hay dillilərinin təhlükəsizliklərini təmin etməkdən çox Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda niyə səslərini içlərinə salırlar? Beynəlxalq normaların bir dövlətin torpaqlarında digərinin qanunsuz silahlı birləşmələr saxlamasını qadağan etdiyini dilə gətirmirlər? Sözü gedənləri son 30 ildə yaxşı tanıdığımızdan suallar ritorikdir, deyilmi? Diqqətinizə görə təşəkkür edirəm!”
"Laçın yolunda Azərbaycana aid sərhəd-keçid məntəqəsinin qurulması çox ciddi uğurdur. Bu münasibətlə mən hər kəsi təbrik edirəm. Eyni zamanda düşünürəm ki, məlum hadisə həm də erməni provokasiyalarının qarşısını alacaq və sülh prosesini sürətləndirəcək.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Bundan sonra erməni canişinlər oradan silah-sursat keçirə, bölgədə digər təxribatlar törədə bilməyəcəklər. Artıq hər şey nəzarətdədir. Sərhədimiz əmin əllərdədir. Qəhrəman zabitlərimiz, igid sərhədçilərimiz iş başındadır.
Təbii ki, suveren ərazimizdə belə bir strateji məntəqənin varlığı çox şeyi dəyişəcək və onsuzda mövcud olan üstünlüyümüzü daha da genişləndirəcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.
"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Dövlət Sərhəd Xidmətinin yaydığı xəbər hər birimizi qürurlandırdı. Məlumata görə Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmiz quruldu. Bu, o deməkdir ki, Ermənistandan Xankəndinə getmək istəyənlər ilk növbədə bizim sərhədçilərin yoxlanışından keçməli olacaqlar. Xankəndi Azərbaycandır! Qarabağ Azərbaycandır! Daşlar yavaş-yavaş yerinə oturur. Ardı gələcək! Eşq olsun Prezidentimizə, dövlətimizə, ordumuza, xalqımıza!”
Cavid Məhərrəmov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4

Xəbər lenti
-
11:55Şahramanyan həbs edilib, Balasanyan və Vardanyanın taleyi sabah bəlli olacaq
-
09:07"Bu günün uğurlarına görə Ulu Öndər Heydər Əliyevə minnətdarıq" - Səbuhi Abbasov
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
Digər xəbərlər
-
GÜNDƏM, TƏHLİL
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, TƏHLİL
“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
GÜNDƏM, TƏHLİL
“Ali Baş komandan yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir” – TƏHLİL
-
GÜNDƏM, TƏHLİL
Bizə Zəngəzur lazımdırmı? - Adil Əliyevin yazısı
-
GÜNDƏM, TƏHLİL
"Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət Azərbaycanın Beynəlxalq müstəvidə uğurlarının təməlidir"
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Putinin ümidi Çin bazarıdır - ŞƏRH
-
GÜNDƏM, TƏHLİL
“Şuşa bəyannaməsi”ndə Azərbaycan-Türkiyə iqtisadi yürüşü- Fikrət Məmmədov yazır
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Ramil Səfərov kimdir - qurban, qatil, yoxsa qəhrəman?
-
GÜNDƏM, TƏHLİL
2019-cu il Qarabağda... - Dünya analitiklərindən GÖZLƏNİLMƏZ PROQNOZ