Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
23 Yanvar 2021, 10:30
23 Yanvar
2021
10:30
1074
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib.
XİN başçısı rus sülhməramlılarına beynəlxalq mandat verilməsini nəzərdə tutub.
Onun bu fikrini deputat Qüdrət Həsənquliyev etirazla qarşılayıb. Q.Həsənquliyev hesab edir ki, rəsmi Bakı Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun tanınmasına imkan verməməlidir. Çünki bu, on illər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək. Deputat qeyd edib ki, sülhməramlılara beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq: "Biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”.
Siyasi təhlilçilərin fikrincə, Rusiya Ermənistanla müttəfiq olduğu üçün onun ordusu balanslı sülhməramlı fəaliyyət göstərə bilməz. Lavrov isə deyib ki, sülhməramlıların mandatı məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşmanın predmeti olmalıdır. Ancaq sülhməramlıların yerləşdiyi ərazi Azərbaycana məxsus olduğu halda, niyə Ermənistanla da danışıqlar aparılmalıdır? Bəs beynəlxalq hüquq üzrə ekspertlər nə düşünür? Azərbaycana "BMT təhlükəsi” ciddidirmi?
Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin bildirdiyinə görə, rus sülhməramlılarının mandatı bizim diplomatik gücümüzdən asılıdır. Onun fikrincə, diplomatik təzyiq gücümüz sülhməramlıların səlahiyyətini məhdudlaşdırmağa kifayət edəcəksə, o zaman status müəyyənləşdirilə bilər.
Ekspert hesab edir ki, beynəlxalq praktikadan çıxış edərək buna nail ola bilərik: "Məsələnin ən yaxşısını Xarici İşlər Nazirliyi bilir. Ümumiyyətlə sülhməramlıların fəaliyyəti fərqli olur. Bəzən sülhməramlıların hərbi əməliyyat həyata keçirmək səlahiyyəti olur, bəziləri isə məhduddur. Məsələn, BMT-nin Afrikada hərbi əməliyyat səlahiyyəti olub, hərbi əməliyyatlar da keçirib. Amma keçmiş Yuqoslaviyada elə geniş səlahiyyəti olmayıb. Onu də desəm ki, sülhməramlıların standart səlahiyyəti var, yalan olar. BMT-dən fərqli olaraq, ATƏT-in göndərdiyi sülhməramlıların səlahiyyəti məhdud olur. Belə deyək, sülhməramlılara mandat verən qurumun özünün nə qədər geniş səlahiyyəti varsa, onun da sülhməramlıya bir o qədər səlahiyyət vermək hüququ olur”.
Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı üçtərəfli razılaşma ilə həll edilib: "Əgər diplomatik vasitələrin təzyiq gücü sülhməramlıların fəaliyyətini məhdud tutmağa bəs edəcəksə, onda status dəqiqləşdirilə bilər. Çünki Kəlbəcər, Laçın qaytarılıb, halqanı daraltmışıq, masadakı təzyiq gücümüz artıb. Şəxsi qənaətimə görə, sülhməramlıların statusunu bir neçə ay sonra dəqiqləşdirmək daha yaxşı olar.
Xəbər lenti
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
SİYASƏT
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO