“Loqos” 2019-cu ilə uğurla yekun vurub

“Loqos” 2019-cu ilə uğurla yekun vurub
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda Mərkəzin sədri Təranə Məmmədova və kollektiv iştirak ediblər.
 "Loqos” un rəhbəri Təranə Məmmədova  iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Mərkəz fəaliyyətini ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edib.
T.Məmmədova qeyd edib ki, son illər psixologiya elminin sürətlə inkişaf etməkdə olan sahələrindən biri praktik psixologiyadır. Onun meydana gəlməsi istehsal, təhsil, tibb, hüquq, ailə və nikah, əməyin elmi təşkili və s. praktik fəaliyyət sahələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika və konsultasiya kimi tətbiqi ehtiyacların tələbləri ilə şərtlənmişdir. Mərkəz olaraq psixologiya sahəsində bir sıra uğurlu layihələr icra edilib və 2020-ci ildə də yeni layihələr ilə cəmiyyətə müsbət töhvə vermiş olacağıq. 
O cümlədən, T.Məmmədova 2019-cu ildə Mərkəzə 10 min insanın müraciət etdiyini vurğulayıb və qeyd edib ki, müraciətlər içərisində müharibə veteranları, əlil, Qarabağ döyüşçülərinin ailələri, aprel şəhidləri  və şəhid ailələri xüsusi nəzarətdə saxlanılaraq, onlara Mərkəz tərəfindən lazimi xidmətlər göstərilib.
 Sonda Mərkəzin filiallar üzrə icraçı direktorlarına, psixoloqlarına təşəkkürnamələr təqdim edilibdir.
 
 

Xəbər lenti