“Loqos” Psixoloji və Nitq Mərkəzi 2022-ci ili uğurla tamamlayıb
13 Yanvar 2023, 10:12
13 Yanvar
2023
10:12
295
Azərbaycanın ən böyük psixologiya mərkəzlərindən biri olan "Loqos” Psixoloji və Nİtq Mərkəzi 2022-ci il üçün hesabatını ictimiayyətə təqdim edib.
2014-cü ildə fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyu bütünləmə və digər sahələrdə yüksək səviyyəli kompleks iş aparır. İstər Bakı şəhəri, istərsə də regionlarda fəaliyyət göstərən filiallarda bütün yaş qruplardan olan uşaqlara və yetkin insanlara peşəkar mütəxəssislər tərəfindən xidmətlər göstərilir. Azərbaycan dövlətinin psixoloji sahənin inkişafına yönəlmiş proqram və göstərişlərinə əsaslanan Mərkəz yerli təcrübə ilə yanaşı beynəlxalq təcrübədən də yararlanır, inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, peşəkar mütəxəssislərin treninq və seminarlarını təşkil edir, vaxtaşırı bölgələrə səfərlər edir, əhali arasında təmənnasız psixoloji maarifləndirmə və psixoloji xidmət işi aparır.
Aparılan məqsədli və planlı işlərin, uğurlu fəaliyyətinin nəticəsidir ki, "Loqos” Psixoloji və Nitq Mərkəzi ölkəmizdə bu sahədə ən çox filialı ilə fəaliyyət göstərən psixologiya mərkəzidir. Paytaxt Bakı şəhərində 5 filial, Xırdalan şəhəri, bölgələrdə Gəncə, Qazax, Lənkəran, Xaçmaz və Bərdə filialları xidmət göstərir.
2022-ci il üçün Mərkəz üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır ki, onlardan biri də "Loqos”un Bakı şəhərində Əhmədli və Qazax rayonunda filialının açılışı olub. Bununla da hazırda paytaxt və regionlarda artıq 11 filialı ilə Mərkəz öz uğurlu fəaliyyətini davam etdirir.
Məlumat üçün bildiririk ki, ötən il ərzində bütün filiallar üzrə ümumilikdə 6000-ə yaxın vətəndaşımıza müxtəlif psixoloji xidmətlər göstərilib ki, bunun 4000-dən çoxu uşaq xidmətləri, 2000-ə yaxın isə böyüklərə aid xidmətlərdir. Sevindirici haldır ki, xidmətlərimizdən yararlanan pasiyentlərin mütləq əksəriyyəti onlara təqdim olunan xidmətlərdən məmnuluq bildiriblər.
Bununla yanaşı Mərkəz yeni kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirməkdədir. "Loqos”un təlim-tədris mərkəzi tərəfindən ötən il ərzində 40 təlim, 25 kurs, 11 seminar, 7 layihə, 10 yerli və 1 beynəlxalq təcrübə proqramları həyata keçirilib ki, bu layihələrdə ümumilikdə 1400-ə yaxın iştirakçı iştirak edib. Yerli və təcrübə proqramlarında ümumilikdə 100-ə yaxın təcrübəçi qoşulub ki, onlardan 35-i daha sonra paytaxt və regionlarda olan filiallarda işlə təmin olunublar. Ümumilikdə isə, ötən il ərzində "Loqos” Psixologiya və Nitq Mərkəzində 100-ə yaxın şəxs işlə təmin edilib.
O cümlədən, maarifçilik fəaliyyətini hər zaman diqqətdə saxlayan Mərkəzin təşkilatçılığı tərəfindən Şəmkir, Tovuz, Ağstafa və Neftçala rayonlarında Psixoloji Maarifləndirmə marafonu keçirilib ki, marafon iştirak edən region vətəndaşları tərəfindən böyük maraqla qarşılanıb.
"Loqos” beynəlxalq əməkdaşlığa da böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə "Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.
Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, "Üsküdar” Universiteti, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli–Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun "Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan "Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir
Ötən il ərzində Mərkəz regionda və dünyada tanınan bir sıra psixoloji mərkəzlərlə əlaqələr qurub. ÜMEN Refloksoloji Mərkəzi, İzmir Psikoloji Enstitüsü, KİM Psixoloji Derneyi, Bilgen Terapi Enstitüsü, Fransız Lape Hastanesi və digər beynəlxalq qurumlarla yaradılan birgə fəaliyyət nəticəsində müxtəlif təlimlər, layihələr, beynəlxalq təcrübə proqramları təşkil olunub.
Bütün dünyada tanınan, dünya üzrə 20 milyon insanın yararlandığı psixometrik qiymətləndirmə testi olan Psytech proqramının ölkəmizdəki yeganə və səlahiyyətli nümayəndəsi də məhz "Loqos” Psixoloji və Nitq Mərkəzidir.
Psytech şirkətlərin iş hədəflərinə çatmasını təmin etmək məqsədi ilə yüksək dərəcəli psixometrik vasitələr və hədəfə yönəlmiş köklü həllər təqdim edir. Təsadüfi deyil ki, 2022-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlər, banklar öz işçiləri üçün Psytech dəyərləndirmə testindən yararlanıb və bu fəaliyyət uğurlu şəkildə davam etdirilməkdədir.
Hər zaman fəaliyyətini şəffaf formada həyata keçirən və bunu ictimaiyyətlə də davamlı şəkildə paylaşan "Loqos”un İctimaiyyətlə əlaqələr şöbəsi üçün də ötən il yetərincə uğurlu olub.
2022-ci ildə Mərkəz 50-dən çox informasiya portalı, KİV-lər, tv və radio ilə əməkdaşlıq edib, 400-ə yaxın məqalə, press-reliz, müsahibə və reportajlar yayımlanıb. Bundan savayı "Loqos” olaraq ötən il ərzində ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumları, təşkilatlar və özəl müəssisələr ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıqlar qurulub, müqavilələr imzalanıb.
"Loqos” Psixologiya və Nitq Mərkəzi öncəki illərdə olduğu kimi, 2023-cü il və bundan sonra da uğurlu, məqsədyönlü fəaliyyətini davam etdirəcək, ölkəmizin aparıcı psixologiya mərkəzi kimi xalqımız və dövlətimiz üçün faydalı fəaliyyət etdirəcəkdir.
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR