“Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba rayonunda növbəti filialı açılıb

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba rayonunda növbəti filialı açılıb
Bu münasibətlə açılış tədbiri keçirilib.

Tədbirdən öncə qonaqlar Quba rayonunda yerləşən Qırmızı Qəsəbəni ziyarət ediblər. Qəsəbəni ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə "Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səidə Abasova, Millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailov, "Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev, tanınmış revmatoloq Əli Əlizadə, o cümlədən "ROZMARI” İsrail Tibbi Xidmətlər və İnnovasiyalar mərkəzinin baş direktoru Marina Ruzin, "ROZMARI” - nin Azərbaycan və Orta Asiya ölkələri üzrə baş direktoru Ramon Ruzin,  "Magen David Group"-un direktoru David Seliverstov, İsrailli tanınmış mütəxəssislər - "ProMedic Center” Mərkəzinin direktoru Nitsan Arduf, tanınmış kardioloq, professor Şoxat Mixayıl, Fizioterapevt Aleksandroviç Lubov, Ortoped Dr. Branşteyn İqal, Mərkəzin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb.  "Loqos" ailəsi olaraq fəaliyyətə başladığı ilk gündən dövlətin, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini, öz əməli işləri ilə töhfə verməyə çalışdıqlarını qeyd edib. Quba filialının açılmasından söz açan Mərkəz rəhbəri burada yaşayan sakinlərə psixoloji dəstəklə yanaşı, Qubadan olan peşəkar kadrların hazırlanması sahəsində də töhfə vermək olduğunu söyləyib. Gələcək fəaliyyətlərində filialın əməkdaşlarına uğurlar arzulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səidə Abasova, Millət vəkili Anatoliy Rafailov,  "Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev və digər qonaqlar çıxış edərək yeni fəaliyyətə başlayan "Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb, Quba və ətraf rayonların sakinləri üçün Mərkəzin əhəmiyyətindən bəhs edib, rayonda belə bir Mərkəzin açılmasına görə "Loqos” ailəsinə minnətdarlığını bildiriblər.

Sonra tədbir iştirakçıları filialda yaradılan şəraitlə tanış olublar. Açılış münasibətilə tort kəsilib və xatirə şəkilləri çəkdirilib.

Açılış tədbirindən sonra Mərkəzdə "Psixonevroloji" konfrans keçirilib. 

Konfrans çərçivəsində İsraildən gələn peşəkar mütəxəssislər "ProMedic Center” Mərkəzinin direktoru Nitsan Arduf, tanınmış kardioloq, professor Şoxat Mixayıl, Fizioterapevt Aleksandroviç Lubov, Ortoped Dr. Branşteyn İqal və tanınmış osteopat, revmatoloq Əli Əlizadə çıxış edərək öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşüb.

Konfrans iştirakçıların sualları və mövzu ətrafında müzakirəsi ilə yekunlaşıb.

Xəbər lenti