Macarıstanda 33 kosovalını öldürməkdə ittiham olunan serbiyalı həbs edilib

Macarıstanda 33 kosovalını öldürməkdə ittiham olunan serbiyalı həbs edilib
Kosovonun Peja Kristal bölgəsində 23 il əvvəl 33 kosovalı öldürməkdə günahlandırılan Serbiya vətəndaşının Macarıstanın paytaxtı Budapeştdə həbs edildiyi bildirilir.

7NEWS.az xəbər verir ki, Budapeşt Baş Prokurorluğunun Macarıstan Xəbər Agentliyinə (MTI) verdiyi açıqlamada, 33 Kosovalı öldürməkdə günahlandırılan şübhəlinin Birləşmiş Millətlər Təşkilatının xüsusi elçisi tərəfindən verilən beynəlxalq həbs qərarı ilə həbs edildiyi bildirilib. Həbs qərarı ötən ilin sentyabrında mülki əhaliyə qarşı hərbi cinayətlərə görə verilib.

7NEWS.az

Xəbər lenti