“Makron anlamalı idi ki….”– Elşən Musayev

“Makron anlamalı idi ki….”– Elşən Musayev
"Makron bir neçə gün əvvəl verdiyi məsuliyyətsiz açıqlama ilə özünü çox pis vəziyyətə qoyub və indi durumu kompensasiya edə bilmir. Tamamən qınaq obyektindədir və görünən budur ki, Ermənistanı müdafiə etmək Fransa prezidentinə çox baha başa gəlib.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Demək olar hamı reaksiya verdi. Hamı. Dünən isə Medvedyev ən sərt formada Makronun fikirlərinə münasibət bildirdi və ona "ayıb olsun” dedi. Qarşı tərəfdən isə cavab yoxdur. Heç ola da bilməz. Olmayacaq. Çünki Makron böyük bir səhv edib. Sərt reaksiyalar da bu səbəbdən verilir. Fransa prezidenti zamanında anlamalı idi ki, bir terroçu dövlətə görə, bir Paşinyana görə aləmi bir-birinə qatmağa, lazımsız açıqlamalar verməyə, bu qədər çətin duruma düşməyə dəyməz. Amma o bunu etdi və indi də bədəlini ödəyir.” -deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti