"Media haqqında” qanun layihəsi ilə bağlı müzakirələr davam etdirilib
17 Dekabr 2021, 19:37
17 Dekabr
2021
19:37
710
Dekabrın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7NEWS.Az-a verilən məlumata görə, tədbirdə bir sıra media qurumlarının, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasın gündəliyinə 2 məsələ daxil edilib. Əvvəlcə, "Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin faydalı olacağını bildirib. Qeyd edilib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə olunub. Ötən dövrdə bir sıra media orqanları ilə işçi qaydasında görüşlər keçirilib. Eyni zamanda, parlamentdə komitə sədrləri və deputatlarla işçi qrupunun üzvləri arasında sənəd ətrafında fikir mübadiləsi aparılıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir.
Parlament sədrinin birinci müavini Əli Hüseynli Milli Məclis rəhbərliyinin, spiker Sahibə Qafarovanın bu məsələni diqqətdə saxladığını söyləyərək, parlamentin media ilə sıx münasibət qurduğunu, səmərəli müzakirələrin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
İclasda iştirak edən AzərTAC İdarə heyətinin sədri Aslan Aslanov öz çıxışında "Media haqqında” qanun layihəsinin zamanın tələblərinə uyğun vacib sənəd olduğunu söyləyib. Bildirib ki, yeni qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında” qanunlar vahid bazada birləşdirilərək, mətbuat sahəsində indiyədək müşahidə olunan boşluqlar tam aradan qaldırılıb. Digər vacib məqam ondan ibarətdir ki, qanunda media sahəsində fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsasları, kütləvi informasiyanın əldə edilməsi, istehsalı və yayımının ümumi qaydaları dəqiq şəkildə müəyyənləşdirilib. Qeyd olunub ki, qanun layihəsi ölkəmizdə son 20 ildə toplanmış təcrübəni, informasiya texnologiyalarının müasir səviyyəsini nəzərə almaqla hazırlanmış mükəmməl bir sənəddir. Qanunun qəbul olunması ölkəmizdə medianın inkişafına, mətbuat və söz azadlığına güclü təkan olmaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verəcək, jurnalist məsuliyyətinin artırılmasında xüsusi rol oynayacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında qanun layihəsinin əhəmiyyətindən danışıb, sənədin medianın bütün sahələrini əhatə etdiyini deyib. Qeyd edib ki, ölkəmizdə KİV sahəsində qanunvericiliyə müxtəlif vaxtlarda edilmiş dəyişikliklər onun informasiya-kommunikasiya texnologiyalarına, xüsusən internetin intensiv tətbiqinə uyğunlaşdırılması məqsədi daşıyıb. O, internet medianın fəaliyyəti ilə bağlı layihədə əks olunan məqamlara toxunaraq, ictimai rəyin formalaşmasında bu sahənin əhəmiyyətindən danışıb. Media reyestrinin vacibliyindən söhbət açaraq, layihədə bununla bağlı təsbit olunan məqamları qeyd edib. Şura sədri sənədin jurnalist məsuliyyəti, müəllif hüquqlarının təmin olunması məsələləri ilə bağlı əks olunan müddəalar baxımından da önəmli olduğunu vurğulayıb.
Onlayn iclasda deputatlardan Fazil Mustafa, Erkin Qədirli, Elşad Mirbəşir oğlu, "APA Group”un baş direktoru Vüsalə Mahirqızı, "Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, "Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, Real TV-nin baş direktoru Mirşahin Ağayev, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, "Media” Təhlil Mərkəzinin nümayəndəsi Fərqan Novruzov, ATV-nin rəhbəri Azər Xəlilov, "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, İTV-nin baş direktoru Balakişi Qasımov çıxış edərək qanun layihəsi barədə fikirlərini söyləyiblər, sənədin ayrı-ayrı maddələrinə dair qeyd və təkliflərini veriblər.
Toplantıda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda "Media haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra onlayn iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanun layihəsi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə uyğun olaraq hazırlanıb. Layihədə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi istiqamətində dəyişikliklər təklif olunur.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək