Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib - FOTO

Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instaqram” hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

 

Paylaşımda deyilir:

"İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm!

Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”

 

Xəbər lenti