Mehriban Əliyevanın təşəbbüsü ilə Şamaxıda "Nəsimi-650" təsvirini canlandıran kiçik meşə salınacaq — FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, böyük şairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə əlaqədar hazırlıq işləri aparılır.
Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda təşəbbüslə əlaqədar ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır, çalalar qazılır.
Ərazilərin birində "Nəsimi-650" təsvirini canlandıran kiçik meşənin də salınması nəzərdə tutulub. Bu məqsədlə rayona dizayner də dəvət olunub.
Rayon sakini, ixtisasca aqronom olan Əhmədalı Əhmədov AZƏRTAC-ın müxbirinə deyib: "Bu nəcib təşəbbüsə dahi şairin həmyerliləri olaraq rayonda hər kəs qoşulacaq”. Ə.Əhmədov aksiyanın keçirilməsində məqsədin ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olduğunu bildirib.
Bu təşəbbüsün gənclər tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən Ramiz Mirzəyev ağacəkməyə həvəslə hazırlaşdıqlarını deyib: "2019-cu ilin "Nəsimi ili” elan edilməsi, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü dahi şairin həmyerliləri kimi, biz şamaxılı gənclər də minnətdarlıqla qarşılayırıq. Hər gün səhər ərazilərə gedir, sahələri təmizləyir, çalalar qazırıq. Təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi noyabr ayında həyata keçiriləcək. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.



Xəbər lenti
-
20:00MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
19:23Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
18:31Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
18:18Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
18:06Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
17:43Nərimanovda yeni yaşam tərzi başlayır – “City Garden Narimanov”!
-
11:19Bakıda "Texnofest" festivalı başlayıb
-
11:13Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
10:38Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
19:21Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
19:18Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
16:13Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
16:05Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
10:47Zəngəzur dəhlizi tezliklə reallaşacaq - TƏHLİL
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
Digər xəbərlər
-
MANŞET, MƏDƏNİYYƏT
Azad olunan ərazilərdə abidələrin bərpasına cəlb olunun ölkələrin adları açıqlanıb
-
MANŞET, MƏDƏNİYYƏT, SİYASƏT
Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanının onillik yubileyində iştirak edib
-
MANŞET, MƏDƏNİYYƏT
Natiq Məmmədlinin “Sev” romanının imza günü olacaq
-
MANŞET, MƏDƏNİYYƏT
Görkəmli alim Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dünyada layiqincə təmsil edib
-
MANŞET, MƏDƏNİYYƏT
Ağstafa Regional Mədəniyyət İdarəsi "Mətbuat Günü" münasibəti ilə videokonfrans keçirdi
-
MANŞET, MƏDƏNİYYƏT
Mehriban Əliyevanın təşəbbüsü ilə Şamaxıda "Nəsimi-650" təsvirini canlandıran kiçik meşə salınacaq — FOTO
-
MANŞET, MƏDƏNİYYƏT
"TV7 Azerbaijan"nın "Bakı Saatı" verilişi şərqşünas alim Aida İmanquliyevaya həsr olundu - VİDEO
-
MANŞET, MƏDƏNİYYƏT
Nəsimi festivalı çərçivəsində Şamaxıda təntənəli tədbir keçirilib - FOTOLAR