“Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF
Hazırda dünyada olduğu kimi, ölkəmizdə də əsas müzakirə mövzusu COVİD-19 pandemiyasıdır. Koronavirus pandemiyası bir çox sahələrə mənfi təsirini göstərməkdədir.
Belə olan halda, medianın da üzləşdiyi problemlər mütləq mövcuddur. Çünki hazırkı media özəl sferada fəaliyyət göstərir.
Ölkəmizdə reklam sahəsi güclü olmasa da, təsirsiz də deyil.
Reklam bazarının durğunluq yaşadığını nəzərə alsaq, real mənzərə hər kəsə bəllidir. Qonşu Türkiyədə media sahəsində çalışanların aylıq əmək haqqının 80%-ni dövlət qarşılayacaq. İngiltərədə də media işçiləri üçün güzəştlər ediləcək.
Belə olan halda, ölkəmizdə çap və onlayn medianın durumu necə olacaq?
Yaranan çətinlik necə aradan qaldırılmalıdır?
Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib ki, media sahəsinə yardım göstərilməlidir:
"Kapitalizm dövründə medianın əsas gəlir mənbəyi reklam sahəsi olmalıdır. Ancaq ölkəmizdə reklam sahəsi çox zəifdir. Zaman-zaman dövlət media orqanlarına yardımlar edib. Çalışmalıyıq ki, ilk növbədə medianın reklama əlçatanlığı, sərbəst bazar münasibətləri tənzimlənsin. Kimsə çəkinmədən məhsullarını mediada reklam etməlidir. Bu ümumi dərddir.
Hazırda isə koronavirus pandemiyası səbəbindən bir çox problemlər üzə çıxıb. Reklam bazarı da işləmir. Bəziləri elə düşünür ki, media işçiləri bütün günü işləyirlər, əmək haqqı alırlar və sairə. Məsələnin başqa tərəfini də düşünmək lazımdır.
Hazırda çap mediası sıradan çıxmaq üzrədir. Kim gedib qəzet, yaxud da jurnal alacaq?! Evdən çölə çıxan da yoxdur. Bu da mediada çalışanların ümumi vəziyyətinə təsir göstərməyə bilməz.
Düşünürəm ki, bu sahəni də unutmaq olmaz. Çünki karantin rejimindəyik. Bu karantin rejimində media fəaliyyətini dayandırsa, aləm dəyər bir-birinə. Doğru və düzgün media orqanı zəifləyərsə, onun yerini sarı mətbuat tutacaq. Cəmiyyətdə yalan informasiyalar çoxalacaq. Hesab edirəm ki, buna yol vermək olmaz. Medianı ayaqda saxlamaq lazımdır. Eyni zamanda, məlumat qıtlığı olmamalıdır.
Ona görə də bu sahəyə yardım lazımdır. Hesab edirəm ki, mətbuat işçilərinə də birdəfəlik yardım edilə bilər. Komitə iclaslarında da bu məsələni qaldırmağı düşünürəm. Ən azından mediaya dəstək lazımdır. Demokratik dövlətlərdə digər strukturlarla yanaşı, media da önəmli rol oynayır. Mediasız demokratiya ola bilməz. Demokratiya insanların tələbatıdır. Bunu insanlara vermək lazımdır. Hesab edirəm ki, digər sahələrə göstərilən diqqət mətbuat üçün də keçərli olmalıdır”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu da mediaya güzəştlərin olmasının vacibliyini bildirib:
"Koronavirus pademiyası ictimai, siyasi, sosial, mənəvi həyatımızın bütün sferalarına nüfuz edir. İqtisadi və sosial sahələrə isə mənfi təsir göstərir. Əksər sosial siyasi institutlar öz fəaliyyətlərini məhdudlaşdırırlar. Bu da maliyyə məsələlərində problemlərə gətirib çıxara bilir. Hazırkı mərhələdə bu problemi həll etməyin optimal və effektiv yolu yoxdur. Obyektiv reallıq bundan ibarətdir ki, bu mümkün də deyil. Bu prosesdə ayrıca sahə var ki, xüsusi qiymətləndirilməlidir. Bu da qlobal media institutlarının davranışları ilə bağlıdır. Koronavirus pandemiyası dövründə medianın davranması çox önəmlidir. Çoxsaylı sosial, iqtisadi, mədəni institutlar öz fəaliyyətlərini məhdudlaşdırsalar da, media institutu öz fəaliyyətini məhdudlaşdırmadı. Əksinə, ictimai maraqlara xidmət edən sahəyə çevrildi. Hər kəs informasiyaları mediadan tələb etməyə başlayıb. Mətbuat da da dolğun informasiyalarla cəmiyyətin tələbatını ödəməyə çalışır. Təbii ki, burada jurnalistlərin əməyi dayanır. Düşünürəm ki, burada əmək sərf olunursa, bir şəkildə qarşılığı olmalıdır. Ona görə də mediamızın ayaqda qalması və cəmiyyəti informasiya ilə təmin etməsi üçün müvafiq qurumlar media qarşısında öhdəliyini yerinə yetirməlidir. Çap və elektron media heç bir halda məhdudlaşdırılmamalıdır. Əksinə, daha da yaxşı şərait yaradılmalıdır. Sosial güzəştlərə gəldikdə isə, Azərbaycan hökuməti tərəfindən medianın vergi yükünün azaldılması ilə bağlı çap materiallarının ölkəyə gətirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilib. Medianın fəliyyətinin daha da yaxşılaşdırılması üçün müxtəlif güzəştlər etmək olar. Təəssüf ki, sosial medada indiki mürəkkəb məqamda bəzi məlumatlar yanlış çatdırılır, yaxud da, təhrif edilir. Düşünürəm ki, bu da etiraf edilməlidir. Media həm də bu cür addım atan vətəndaş mediası nümayəndələrinin və digər sosial şəbəkə istifadəçilərinin bu cür mövqeyini qınamalı, təkrarlanmamasına çalışmalıdırlar”.
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV