Mətbuat Şurası İlham Tumasın sağlamlıq durumunu nəzarətinə götürdü

Mətbuat Şurası İlham Tumasın sağlamlıq durumunu nəzarətinə götürdü
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumu Azərbaycan Mətbuat Şurası tərəfindən nəzarətə götürülüb.

Bununla bağlı Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Qaziler.az-a açıqlama verib.

"İlham Tumasın müalicəsi TƏBİB tərəfindən yüksək şəkildə həyata keçirilir. Bununla yanaşı, məsələ Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin diqqət mərkəzindədir. Onun sağlamlığı üçün nə lazımdırsa ediləcək”, - deyə Qarabağ qazisi bildirib.

Qeyd edək ki, jurnalist İlham Tumas xəstəxanaya düşüb. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə o, əsəb sarsıntısı keçirib.

Xəbər lenti