Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib.
Bu barədə Şuradan məlumat verilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan MŞ sədri, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib ki, Əflatun Amaşov MŞ-yə rəhbərlik etdiyi dövrdə bu kateqoriyadan olan şəxslərə həssas münasibət göstərib. Onların cəbhə xatirələrini yazı şəklinə salmalarını tövsiyə edib.
R.Məcid məsələyə daha sistemli yanaşılacağını, planlaşdırılmış işin – cəbhə jurnalistlərinin xatirələrindən ibarət kitabın nəşrinin həyata keçiriləcəyini vurğulayıb. Toplantıya gəlincə, MŞ sədri tədbirin fikir mübadiləsi, təkliflərin verilməsi, problemlərin dilə gətirilməsi baxımından açıqlığını bildirib. R.Məcid həmçinin, rəhbərlik etdiyi qurumun müharibə vaxtı qələmini süngüyə çevirmiş jurnalistlərə bundan sonra da həssas münasibət göstərəcəyini dilə gətirib.
Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, "Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu bildirib ki, jurnalistlər hər zaman cəmiyyətin öndə gedən təbəqələrindən olublar. Vətən müharibəsi dönəmində də bunu sübuta yetirdilər. Həm informasiya cəbhəsində döyüşdülər, həm cəbhə bölgəsinə yollanaraq reportajlar hazırladılar, həm də əllərində silah torpaqlarımızın azadlığı naminə mübarizə apardılar.
MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Şuranın Vətən müharibəsi günlərində cəbhədə döyüşmüş jurnalistlərə dəstək məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Məlumat verib ki, həmin müddətdə MŞ İdarə Heyətinin üzvləri onların ailələrinə baş çəkdilər, müəyyən miqdarda maddi yardım göstərdilər, bu şəxslər sonra da diqqətdə saxlanıldılar. M.Ələsgərli onu da bildirib ki, müharibəyə hərbçi kimi yollanmış media təmsilçiləri son dərəcə nümunəvi mövqe ortaya qoydular, jurnalist marağının onlara güc gəlməsinə imkan verməyərək soyuq davrandılar, sırf döyüşçüyə çevrildilər. İH üzvü çıxışında, həmçinin, vaxtilə torpaqlarımızn işğalı nəticəsində məcburi köçkün durumuna düşmüş kütləvi informasiya vasitəsi redaksiyalarının təsnifatının aparıldığını, 22 media orqanından 128 əməkdaşın müəyyənləşdirildiyini diqqətə çatdırıb.
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsində cəbhədə döyüşmüş, səfərbərliyə cəlb olunmuş jurnalistlərlə yanaşı, qaynar nöqtələrdə peşə borcunu yerinə yetirmiş media təmsilçilərinin də əməyinin yüksək qiymətləndirilməli olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın mövcud istiqamətdə gördüyü işlərdən söz açıb, birgə fəaliyyətin, qarşılıqlı əməkdaşlığın daha faydalı nəticələr doğuracağına inamını ifadə edib.
MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı çıxışında cəbhədə döyüşmüş jurnalistlərin xatirələrinin yer alacağı kitabın hazırlanması üzərində dayanıb. Bu istiqamətdə görüləcək işlərdən söz açan İH üzvü ideyanın daha da genişləndiriləcəyini, video müsahibələrin də təşkili imkanlarının dəyərləndiriləcəyini vurğulayıb.
Vətən müharibəsi iştirakçıları olan jurnalistlərdən "Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşı Şöhrət Eyvazov, "Ədalət” qəzetinin əməkdaşı Emin Piri, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov, "Bakı xəbər” qəzetinin baş redaktoru Nahid Salayev, İTV telekanalının əməkdaşı Xanlar Mehdiyev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, "Cumhuriyyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı və başqaları çıxışlarında Mətbuat Şurasının cəhbədə döyüşmüş jurnalistləri bundan sonra da diqqətdə saxlayacağına inandıqlarını bildiriblər. Onlar Vətən müharibəsi iştirakçıları olmuş media təmsilçilərinin vahid reyestrinin hazırlanmasını, Şuranın saytında onlarla bağlı ayrıca guşənin yaradılmasını, həmçinin, qurumun tərkibində müharibə iştirakçısı olmuş jurnalistlərin məclisinin formalaşdırılmasını təklif ediblər. MŞ sədri R.Məcid səslənmiş təkliflərin qeydə alındığını və Şuranın İdarə Heyətində müzakirəyə çıxarılacağını bildirib.
İclasda müharibə iştirakçısı olmuş media təmsilçilərinin sosial vəziyyətləri istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Xüsusən onların mənzil-məişət şəraiti müzakirəyə çıxarılıb. Bildirilib ki, cəbhədə döyüşmüş jurnalistlər müharibə veteranı kimi müəyyən imtiyazlara malikdirlər. Bu imtiyazlar sırasında mənzil məsələsi üzərində xüsusu dayanılıb. Mövcud kontekstdə jurnalistlərin mənzillə təminatı məsələsinə toxunulub.
Tədbirdə həmçinin cəbhədə döyüşmüş media təmsilçilərinin özlərinin təşkilatlanmalarının, biri-biriləri ilə müntəzəm əlaqə saxlamalarının vacibliyindən söz açılaraq onların Mətbuat Şurası ilə əlaqələrinin tənzimlənməsi üçün koordinator müəyyənləşdirmələri məqsədəuyğun sayılıb. Bu baxımdan "Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyevin namizədliyi üzərində dayanılıb və təsdiqlənib.
Görüşdə maraq doğuran digər məsələlərə də toxunulub, belə toplantıların müntəzəm şəkildə təşkili qərara alınıb.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar