“Millət Atasına”na xitabən!

“Millət Atasına”na xitabən!

Yeri Cənnəti Məkan əziz və unudulmaz "Millət Atası”, gözün aydın olsun! 20-ci ilin 27 sentyabr tarixinin sübhündən başlayaraq Sənin qurub yaratdığın Azərbaycan sədaqətli və şəksiz təkcə davamçın olan İlhamla yeni tarix səlnaməsi yaradır! Ən böyük Arzun olan Qarabağın Azadlığı təmin edilir!

İndi Müqəddəs Ruhun Şaddır! Əziz xalqın övladın İlham Heydər oğlunun ətrafında bir nəfər kimi birləşərək müqəddəs vəzifəni, ölkənin ayrılmaz hissəsi olan Qarabağı mənfur erməni murdarlığından təmizləməyi yekunlaşdırmaq üzrədir! Günlər, bəlkə də saatlar sonra "üzüyün qaşından” şölələnən pampak bir işıq bütün ölkəmizi nura qərq edəcək İnşallah!

İnanıram ki, o gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqla birlikdə ilk ziyarət edəcəyi, Ali Baş Komandan olaraq raport-hesabat verəcəyi ünvan Siz olacaqsınız! Axı bu istək, Azərbaycanı Bütöv görmək hamıdan daha çox Sizin istəyiniz, amalınız idi; ömür vəfa etsəydi bu iş Sizin üçün bir nömrəli həyati vəzifə olacaqdı.

Nə qəm, fəxr etməyə dəyər, çünki hazırda bu müqəddəs işin başında kimsə başqası yox, məhz Sizin özünüz qədər inandığınız qətiyyətli oğlunuz İlham Heydər oğlu dayanır və israrla həyata keçirir!

Bir daha o qeyri-adi parlaq gözləriniz aydın olsun! Bu gün Yeni Azərbaycan tarixi - İlham Əliyev Azərbaycanı öz şanlı döyüş səlnaməsini yaradır! Nə qədər ki, Azərbaycan xalqı var məhz bu tarix Müqəddəs Adınızla anılacaq!

Azərbaycan xalqının 10 milyonundan biri olan Mübariz Telmanoğlu

Dövlət qulluğunun Baş müşaviri, yazıçı publisist.


Xəbər lenti