Milli Məclis və Gənclər Fondu memorandum imzaladı

Milli Məclis və Gənclər Fondu memorandum imzaladı

Bu gün Milli Məclis və Azərbaycan Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb.

 

Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin sosial-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin, gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacaq.

Azərbaycan Gənclər Parlamentində 30 gəncin təmsil olunması nəzərdə tutulur. Belə ki, 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfər, Bakı iqtisadi regionundan isə 4 nəfər nəzərdə tutulur.

 

 


 

Xəbər lenti