Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə sərgi keçirilib

01 İyun 2022, 20:47
01 İyun
2022
20:47
622
7news.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 50 ilə yaxın Şirvanşahlar Sarayı, Qız Qalası, Atəşgah və b. dövlət qoruqlarının rəssamı olmuş Böyükxanım Dadaşovanın fərdi sərgisində çıxış edib.
Q.Paşayeva tanınmış rəssam və ictimai xadimə ürək sözlərini bildirib: "Siz milli mədəni irsə həssas münasibətinizlə, Azərbaycanın, Türk dünyasının məşhur tarixi simalarına, türk paşalarına həsr etdiyiniz əsərlər, bütövlükdə yaradıcı və ictimai fəaliyyətinizlə tanınır, sevilirsiz. Əsərlərinizə Tahir Salahov, Sakit Məmmədov kimi görkəmli sənətkarların dəyər verməsi də sizin yaradıcılığınıza bəslənən münasibətin ifadəsidir.
İki oğlunuzun Sizin sənət yolunuzu davam etdirməsi təsadüfi deyil. Övladlarınız Sizin sənətə ürəkdən bağlılığınızın, sənət sevinclərinizin ilk şahidləri olub.
Siz qarşılaşdığınız sosial-məişət problemlərinə baxmayaraq, sənət kredonuza sadiq qalmış, bir qadın və sənətçi olaraq öz ləyaqətinizlə seçilmisiz.
Bir daha Sizə ən xoş diləklərimizi yetirir, sənətə, milli irsin təbliği və tərənnümü işinə uzunmüddətli səmərəli xidmətlərinizə görə təşəkkür edir, möhkəm can sağlığı və yaradıcılıq sevincləri diləyirəm”!
Sərgidə Böyükxanım Dadaşovanın yetirməsi Sahib Dadaşovun da əsərləri nümayiş olunub.
Sərgidə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev,
"UNİTY Company" təsisçisi Fikrət Əliyev, tanınmış xeyriyyəçi Hacı Nuran, Aprel şəhidi Sənan Axundovun xanımı, Bakının Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən bir sıra digər təhsil ocaqlarının direktorları, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova və b. çıxış edərək, öz ürək sözlərini bölüşüblər. Xalq artisti Gülyanaq Məmmədova və müğənni Ayaz Qasımovun ifaları tədbirə xüsusi rəng qatıb.
Sərgidə QHT, KİV təmsilçiləri iştirak edib.
MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "NƏFƏS" İB, "UMAY - Türk dünyası Qadınlarına Dəstək" İB, "UNİTY Company"
və "TURAN-Bakı" restoranının dəstəyi ilə keçirilən sərgidə Böyükxanım Dadaşovanın 40-dan çox əsəri nümayiş olunub və əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb.
Q.Paşayeva sonda bir daha çıxış edərək, Böyükxanım Dadaşovanın sərgisinə təşrif buyuran, əsərləri öz evlərinə, iş yerlərinə və ölkə muzeylərinə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulacaq mədəniyyət ocaqlarına qazandıran könül dostlarına təşəkkür edib, xanım rəssamın sənət sevincini bölüşmkdən şad olduğunu söyləyib.
Böyükxanım Dadaşova təşkilatçılara, çıxışçılara, bütün iştirakçılara dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Böyükxanım Dadaşova 1948-ci ildə Bakıda doğulub, 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin (indi Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecinin) Tərtibatçı rəssam fakültəsindən məzun olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirən Böyükxanım Dadaşova memar ixtisasına yiyələnib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 1986-cı ildən ardıcıl olaraq respublikada təşkil olunan təsviri sənət sərgilərində fəal iştirak edir. O, əsasən natürmort və portret janrında işləməyə üstünlük verir.
Onun yaratdığı portretlər öz orijinallığı və canlılığı ilə insana zövq verir. Yeni üslubda araya-ərsəyə gətirdiyi təsviri sənət örnəkləri Böyükxanım Dadaşovanın peşəkarlığının, öz əsərlərini sevərək yaratmasının əyani təsdiqidir. Xalq rəssamı, Akd. Mikayıl Abdullayevin vaxtilə Böyükxanım Dadaşovanın yaradıcılığı haqqında dediyi sözlərə diqqət edək: "Rəssamlarımızın emalatxanalarına tez-tez gedirəm, Böyükxanımın da əsərləri mənə tanışdır. Əsas etibarilə portret janrında fəaliyyət göstərir və bu janrda tutarlı əl işləri, rəsmləri, etüdləri vardır. Şəxsən məni bu Azərbaycan qızının keçdiyi sənət yolu, taleyi digər bir səbəbdən də maraqlandırır. Nə yaxşı ki, hələ Məhsəti Gəncəvidən başlamış, xan qızı Natəvana kimi keçib gələn böyük sənət yolunun gözəl davamçıları vardır və onlar böyük sənət yükünü öz çiyinlərində ləyaqətlə aparırlar”.
Böyükxanım Dadaşovanın tanınmış insanlara həsr etdiyi portretlər yalnız işlənmə texnikasına görə deyil, eyni zamanda mövzu baxımından dəyərlidir. Türk dünyasının böyük şəxsiyyətləri Atatürk və Heydər Əliyevin portretləri belə mənalı, sevilən əsərlərdəndir.
O, türk hərb tarixinə müraciət edərək, generalların obrazlarından ibarət silsilə əsərlər işləyib.
Böyükxanım Dadaşova bir sıra klassiklərin əsərlərinin surətini də dəqiqliklə çıxarıb.
2002-ci ildə Strasburqda təşkil olunmuş beynəlxalq sərgidə Böyükxanım Dadaşovanın milli üslubda sulu və yağlı boya ilə işlənmiş natürmortları nümayiş edilib. O, bu şərəfə layiq görülən ilk qadın rəssam olub.
Rəssamın əsərləri qardaş Türkiyədə, ABŞ, Fransa və b. ölkələrdə nümayiş olunub, tamaşaçı rəğbəti qazanıb.




Xəbər lenti
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:35Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:22“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:12"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:39Ucalığa darıxan Nicat...
-
11:00DTX dövlətlərarası şəbəkəni ifşa etdi: Ekstremist qruplara çatdırılan milyonlar...
-
17:56“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda vətəndaşları qəbul edib
-
15:34İranlı general Bakıdan Ermənistanı ittiham etdi - Tehranla əlaqələr düzəlir?
-
16:59“Mənim Yuri Qaqarin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın.” - DEPUTAT
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
14 Sentyabr 2023
13 Sentyabr 2023
12 Sentyabr 2023
11 Sentyabr 2023
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
-
MƏDƏNİYYƏT, SOSİAL
“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
MƏDƏNİYYƏT, SOSİAL
Qənirə Paşayeva “Texnofest"də “Hər uşaq bir çinardır” layihəsinin təqdimat mərasimində çıxış edib
-
MƏDƏNİYYƏT, SOSİAL
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə sərgi keçirilib
-
MƏDƏNİYYƏT, SOSİAL
Mən də sizinlə yaşlandım - Aybəniz Haşımova yazır...
-
MƏDƏNİYYƏT, SOSİAL
Əbədi mövzu - RAMİZ GÖYÜŞOV YAZIR