Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şəhid Generaldan yazdı
15 İyul 2021, 11:18
15 İyul
2021
11:18
938
Polad Həşimov!
İndi bu adı Azərbaycanda, dünya azərbaycanlıları arasında bilməyən yoxdur. O, yaxın-uzaq coğrafiyalarda, qardaş Türkiyədə, digər qardaş ellərdə sevilir, öyülür, öyrənilir. Adı Azərbaycanda, Türkiyədə əbədiləşdirilib, daha başqa ellərimizdə də əbədiləşdiriləcək, əlbəttə.
General Polad Həşimov!
Şəhid Polad Həşimov!
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov!
Onu fərqli qılan, ün qazandıran özəllikləri o qədər çoxdur ki – adına kitablar bağlamağa yetər! Çox şükürlər, qədirbilən naşirlərimiz rəhmətliyin "qırx”ınadək kitablar yayınladılar zatən. Adına telefilmlər çəkildi, portreti işləndi, büstü hazırlandı; şeir yazıldı adına, musiqi bəstələndi. Elə sadəcə son 2 gündə Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.
Paytaxtın Xətai rayonu ərazisində şəhid generalımızın xatirəsinə ağacəkmə aksiyasında iştirak etdik. Aksiyadan öncə şəhidimizin ailə üzvləri ilə birgə onun və silahdaşlarının II Fəxri Xiyabandakı məzarını ziyarət etdik, dualar oxuduq, sonra, başda general anası Səmayə xanım başda olmaqla, bir qrup şəhid ailəsi üzvləri ilə Milli Məclisdə görüşdük, geniş söhbət etdik. Şəhid ailəsi üzvləri ilə görüş 4 günlük Tovuz döyüşlərindən 44 günlük Vətən Müharibəsinə aparan müqəddəs yolla bağlı ürək sözlərimizi, mülahizələrimizi bölüşmək imkanı yaratdı. Şəhid ailələri ilə hər görüş bir hadisədir, qəhrəmanlar yetişdirən anaların həyata, hadisələrə, dünyaya baxışı bir dəyərdir.
Poladın ailəsi də özü kimi istiqanlıdır, polad kimidirlər, Polad kimidirlər!
Şəhid Milli Qəhrəmanımızın ailə üzvləri ilə söhbətləşmək, adını çəkmək belə qəlb rahatlığı, könül xoşluğu, ruh dincliyi bəxş edir insana.
Biz şəhid generalımızın ailə üzvləri ilə dəfələrlə görüşmüşük, evində olmuşuq – Sumqayıtda da, Qəbələdə də. Yenə də görüşəcəyik. Polad Həşimov ünvanlı hər yer, Polad Həşimovun bütün ailə üzvləri ilə bizi bağlayan tellər qırılmazdır.
O, unudulmaz generaldı. Bütün şəhidlərimiz unudulmazdır.
Mən rəhmətliyi şəxsən tanıyırdım. Tovuz hadisələri vaxtı daha da yaxından tanımaq imkanımız oldu. Onu tanıyan hər kəsin ortaq fikridir: Polad şərəfli zabitdi, əsgərcanlı generaldı. Çünki Vətəncanlıydı, insancılıydı qəhrəmanımız. Sözün bütün mənalarında qəhrəmandı Polad! Adı kimiydi! İnsanlıq qəhrəmanı, dostluq qəhrəmanı, vəfa qəhrəmanı və əlbəttə, Milli Qəhrəman! O, şəhid olandan bugünədək haqqında yazılan ürək sözlərini, səmimi, çox səmimi fikirləri təkrarlamaq istəmirəm – sadəcə, bölüşürəm o fikirləri, öz ürək sözlərini paylaşanları alqışlayıram.
Yaxşı nə varsa, Polada yaraşır – yaxşılıqlar yaraşır General Həşimova!
Bu dünyada qəhrəmanlıq, o dünyada cənnət!
Heç təsadüfi hesab etmirəm onun adının daşıdığı anlamları: Polad –Yaradıcı, Şən, Çağdaş, Diqqətli, Yetkili, Şanslı, Ciddi, Aktiv, Dost, Səxavətli; Həşim(ov) – Comərd, Ürəyiaçıq, (Düşməni) Əzən, (Maneələri) Qıran, Parçalayan…
Dünən II Fəxri Xiyaban insan selinə qərq olmuşdu, çiçək yağışına düşmüşdü. Qədirbilən xalqımız öz şəhid generalına ehtiramını bildirməkçün Xiyabana axışmışdı…
Çox şadıq ki, qəhrəman generalımızın qanı yerdə qalmayıb!
Çox şadıq ki, onminlərlə cavanımız məhz onun intiqamını almaqçün könüllü döyüşlərə yazıldı.
Qisas qiyamətə qalmadı, çox şükür!
Əziz dost,
Vəfalı qardaş,
Qəhrəman General,
rahat uyu! –
Bayrağımız Şuşada dalğalanır!
Uğrunda şəhid olduğun Vətən sənin adını uca tutur,
həmişə də uca tutacaq!
Nur içində yat, Şəhidim!
VƏTƏN SAĞ OLSUN!
15.07.2021
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV