Mingəçevir Dövlət Universiteti “AzInTelecom”un xidmətlərindən yararlanacaq

Mingəçevir Dövlət Universiteti “AzInTelecom”un xidmətlərindən yararlanacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom” MMC-nin nümayəndələri və Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi arasında görüş keçirilib.

Shushapost.Az nazirliyə istinadən xəbər verir ki, görüşdə MDU-nun şirkətin təqdim etdiyi İnformasiya auditi və konsultasiya xidmətlərindən istifadə etməsi barədə razılıq əldə olunub.

Plana əsasən, "AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşları universitetin hazırladığı "Yeni nəsil rəqəmsal universitet” layihəsinə məxsus İT sistemlərini qurumun bulud infrastrukturunda yerləşdirəcək. Həmçinin MDU-nun informasiya resurslarının risklərdən qorunması, ali məktəbin kiberlaboratoriyası ilə "AzInTelecom” MMC-nin kibertəhlükəsizlik komandası arasında əməkdaşlığın yaradılmasına dair razılıq əldə olunub.

Universitet rəhbərliyi tələbələrin "AzInTelecom”da təcrübə keçməsində maraqlı olduğunu deyib. Bununla bağlı qarşılıqlı razılaşma əldə olunub.


Xəbər lenti