Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
7NEWS.az xəbər verir ki,  mayın 17-də Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirildi.

 "Heydər Əliyev İli” çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderimizin zəngin irsinin təbliği sahəsində görülən kompleks və sistemli fəaliyyətlərə töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalıların və ictimai-siyasi xadimlərin MDU-nun tələbə gəncləri və professor-müəllim heyətilə görüşləri keçiriləcəkdir.
Layihə çərçivəsində ilk qonaq Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov olmuşdur. İlk olaraq iştirakçılar Ulu öndərin xatirəsinə həsr olunmuş sərgi ilə tanış olmuşlar. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Universitetin rektoru Şahin Bayramov "Heydər Əliyev xatirələrdə” silsilə tədbiri haqqında geniş məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu öndərin yaddaqalan xatirələrindən söhbət açmış, tələbə və müəllimlərin suallarını cavablandırmışdır.
 



 

Xəbər lenti