Mingəçevir İcra başçısı şəhid və qazi ailələrini ziyarət etdi
09 Oktyabr 2021, 17:47
09 Oktyabr
2021
17:47
880
Şəhidlərin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət oktyabrın 9-da baş tutdu. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu ziyarət zamanı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər müşayət edirdilər.
Ziyarətlərdə əsas məqsəd ildönüm ərəfəsində şəhid ailələrini yad etmək, dərdlərinə şərik olmaq, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərməkdir.
Qeyd edək ki, hər bir ziyarət olunan ailəyə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olundu.
Şəhid Qəhrəman Nəsirovun ailəsini ziyarət etməmişdən öncə İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq şəhid bulağına baş çəkdi. Onun böyüyüb boya başa çatdığı mənzilin kəndarında qonaqları şəhidin atası Fərman Qəhrəmanov qarşıladı, şəhid anası tələsik çay süfrəsi açdı. Şəhidin ailə üzvləri bir ağızdan dövlətin diqqət və qayğısından razılıqlarını dilə gətirdilər, İcra başçısına onlara baş çəkdiyinə görə minnətdarlıqlarını söylədilər. İlham İsmayılov prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında qələbənin əsil səbəbkarlarının torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğullarımızın olduğunu vurğulamasını bir daha xatırlatdı və əlavə etdi ki, "Qəhrəman da belə igidlərdən biri idi və onun adı daim qəlbimizdə yaşayacaq, xalqımız heç bir zaman öz qəhrəmanlarını unutmayacaq.”
Şəhid atası Fərman Nəsirov heç bir problem və çatışmazlıqlarının olmadığını, işsizlikdən əziyyət çəkdiklərini ancaq özünüməşğulluq proqramına qoşulmaqla bu məsələnin də öz həllini tapdığını diqqətə çatdırdı. Binada dezinfeksiya işlərinin aparılması xahişinə cavab olaraq isə, İcra başçısı dərhal bununla bağlı əlaqədar təşkilatların rəhbərlərinə yerindəcə müvafiq tapşırıq verdi.
Şəhid Əli Rzayevin anası Kamilə Razayevanı ziyarət edən İcra başçısı onun oğlunun bir qəhrəmanlıq dastanı yazdığını və öz el-obasının qürur mənbəyi olduğunu söylədi. Şəhid ailələrinin evlə təmin olunması ilə bağlı prezident İlham Əliyevin müvafiq göstəriş verdiyini xatırladan İlham İsmayılov, bununla bağlı digər şəhər və rayonlarla yanaşı yaxın vaxtlarda Mingəçevirdə də yeni binanın tikintisinə başlanacağı barədə məlumat verdi. O, həmçinin bildirdi ki, evlə təmin olunmaq üçün şəhid anası İcra Hakimiyyəti tərəfindən qeydiyyata götürülüb və yeni tikiləcək binadan ona da mənzil veriləcək. İlham İsmayılov eyni zamanda şəhid anasının səhhəti ilə maraqlandı və ona məlumat verildi ki, Kamilə Rzayeva mütəmadi olaraq Mərkəzi Xəstəxanada müayinədən keçirilir.
Şəhid Vüqar İsmayılovun atası aşıq Eldar qonaqları böyük hörmət və ehtiramla qarşıladı. Vüqar İsmayılovun ata və anasına Prezident İlham Əliyevin sərəncəmı ilə layiq görüldüyü "Suqovuşanın azad olunmasına görə” medalı təqdim olundu. "Mənim oğlumun adı Vətən idi, və o vətəni uğrunda canından keçdi” deyən şəhid atası hər zaman övladı ilə qürur duyaduğunu söylədi.
"Erməni kimdi ki, mənim torpağımda ağalıq edirdi. Onları yerinə otuzdurmaq vaxtı çoxdan yetişmişdi. Sağ olsun Ali baş komandanımız İlham Əliyev, dəmir yumruğunu qaldırdı və xalqımız bu yumruq ətrafında birləşərək torpaqlarımızı azad etdi” deyə şəhid atası Eldar İsmayilov bildirdi.
Daha sonra şəhərdə gedən abadlıq və quruculuq işlərindən söhbət açıldı, şəhid atası onların yaşadığı bağ massivində aparılan intensiv yenidənqurma işlərindən razılıqla bəhs etdi. İlham İsmayılov bildirdi ki, artıq iş planı təsdiq olunub, Günəşli və Şəfa bağ massivlərinin küçələri asfaltlanacaq və işqlandırılacaq.
"Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunan digər şəhidimiz Şahmar Seyidovun anası Əsmagün xanıma da medalı İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdim etdi. O, prezident İlham Əliyevin bu yaxınlarda Suqovuşana etdiyi səfəri zamanı səsləndirdiyi fikirləri bir daha xatırlatdı, Suqovuşanın azad olunmasının ölkəmiz üçün nə dərəcədə strateji əhəmiyyət daşımasından söz açdı. "Oğlunuzun cənab Prezident tərəfindən medalla təltif olunması onun igidlik və qəhrəmanlığına verilən dəyərin bariz göstəricisidir ” deyə İlham İsmayılov bildirdi. Şəhid anası Əsmagül xanım digər oğlu İlkinin işlə təmin edildiyi barədə İcra başçısını məlumatlandırdı və göstərilən diqqətdən razı qaldığını söylədi.
Şəhid Niyazi İsgəndərovun ailəsinin ziyarəti zamanı söhbətin əsas mövzusu onun qəhrəmanlığı, vətəninə sədaqətlə xidməti oldu. Şəhid atası Şahvələd kişi oğlunun iki dəfə yaralandığını, buna baxmayaraq, yenidən cəbhəyə yollanıb qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırdı. İlham İsmayılov qeyd etdi ki, Niyazi İsgəndərov kimi oğullarımızın qəhrəmanlıqları heç bir vaxt unudulmayacaq, onların xatirəsinin əbədiləşdirilməsi üçün bütün tədbirlər dövlət səviyyəsində görüləcək.
Şəhid atasının Niyazi İsgəndərovun xatirə lövhəsinin qurulması üçün yaşadıqları binanın fasadının təmir olunması xahişinə cavab olaraq İlham ismayılov müvafiq işlərin başlanması ilə bağlı yerindəcə əlaqədar təşkilat rəhbərlərinə tapşırıq verdi.
İcra başçısı eyni zamanda yataq xəstəsi olan qazilərimiz İlqar Quliyev və Şamil Mustafayevi evlərində ziyarət etdi, onların müalicəsinin gedişatı ilə maraqlandı.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək