Mingəçevirdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Mingəçevirdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
Mingəçevir şəhərində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, xatirəsi yad olunub. İştirakçılar daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Daha sonra tədbir açıq elan edilib.
İlk öncə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən, öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxış edənlər ümummilli Liderin Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən söz açıblar.
Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
 

Xəbər lenti