Mingəçevirdə Heydər Əliyevin 100 illik yubleyi qeyd edilib

Mingəçevirdə Heydər Əliyevin 100 illik yubleyi qeyd edilib
May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” mövzusunda Konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Meydanında və Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Tədbir öncəsi Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, Turizm Kollecinin, idarə və müəssisələrin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivlərinin , veteranların, qazilərin, şəhid ailələrinin təmsilçilərinin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonra Ulu Öndərə həsr olunmuş "Əsrin adamı” filmi nümayiş olunmuşdur.
Daha sonra tədbir Mingəçevir Dövlət Dram teatrında davam edib. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ” Dahilik Divanı” adlı tamaşa-kompozisiyasının nümayişi olub.
Tamaşa- kompozisiyada teatrın bütün yaradıcı heyəti iştirak edib.
Axşam saatlarında Heydər Əliyev meydanında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında paytaxtdan gələn tanınmış mügənilər və Mingəçevir müğınnisi Elşad Ehtiramoğlunun ifasında maraqlı konsert nömrələri təqdim olunub. Sonda atəşfəşanlıq olub.
 
 

Xəbər lenti