Müharibənin bitməsinə rəğmən ermənilərin hərbi cinayətləri davam edir: Bəs, hardadır beynəlxalq hüquq?
10 İyun 2021, 14:26
10 İyun
2021
14:26
856
"Ermənistanın çirkin, terrorçu və vandal əməllərinə davam etməsi onların əsl mahiyyətindən, şərəfsiz və məkrli düşüncəsindən xəbər verir. Bunların xəmiri həqiqətən qandan, təxribatdan, qətldən, nadanlıqdan yoğrulub. Elə bu səbəbdən də Qarabağ torpaqlarında minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycan tərəfinə vermirlər. Halbuki çoxdan verməli idilər.”
Bu fikirləri "İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.
Ermənistan cavab verməlidir!
Deputat əlavə edib ki, həmin xəritəni vermək Ermənistanın və onun rəhbərliyinin borcudur, öhdəliyidir. Çünki müharibə bitib: "Ermənistan müharibəni uduzub və bunu rəsmi şəkildə etiraf edib. Eyni zamanda, məğlubiyyətinə görə sənəd imzalayıb, kapitulyasiya aktına qol çəkib. Üstəlik, o öhdəliyi də götürüb ki, münasibətlərin aqressiya mərhələsindən çıxması üçün cəhd göstərəcək. Yaxşı, bəs, belə olan halda niyə dediklərinə, yazdıqlarına, qol çəkdiyi sənədlərin tələblərinə riayət etmir? Niyə təxribatlarından əl çəkmir? Niyə minalı sahələrin xəritəsini vermir? Niyə yenə neqativ, ümumbəşəri dəyərlərə zidd siyasətinə davam edir? Bax, bu sualların cavabını verməlidir, Ermənistan! Həm də gecikmədən verməlidir!”
Onların ucbatından ümumbəşəri dəyərlər məhv olur, beynəlxalq hüquq özünü realizə edə bilmir
Elşən Musayev bildirdi ki, bu yaxınlarda vəzifə başında ikən jurnalistlərimiz Kəlbəcərdə minaya düşərək şəhid oldular: "Bundan öncə də nə qədər günahsız insan həmin terrorun qurbanı olub, ağır xəsarətlər alıb. Niyə? Çünki Ermənistanın bu terror əməllərinə əksər beynəlxalq təşkilatlar susqundurlar, səslərini çıxarmırlar, ağızlarına su alıb oturublar, reaksiya, mövqe bildirmirlər. Üstəlik, söhbət o beynəlxalq təşkilatlardan gedir ki, bəzən özlərinə sərf edəndə, öz maraqlarında olanda ən kiçik, ən elementar məsələ, mövzu üzərindən dövlətlərin üzərinə şığımağı, üzərinə kükrəməyə yaxşı bacarırlar. Amma indi ortalıqda yoxdurlar. Hərgah məlum mövzulara reaksiya bildirmək həmin təşkilatların ilk öncə vəzifə borcudur, öhdəliyidir. Mövqe məhz indi bildirilməlidir! Onlar da zəhmət çəkib bildirsinlər. Bildirməyəcəklərsə, susacaqlarsa məcburən dillərini açmalıyıq. Məcbur etməliyik onları, danışmağa. Siyasi partiyalar, Qeyri-hökümət təşkilatları və ümumilikdə bütün ictimai-siyasi camiyə durmadan, dayanmadan onları dalana dirəməlidir. Biz onlara sübut etməliyik ki, siz busuz, daim bu olmusuz və sizin kimi təşkilatların ucbatından bu gün beynəlxalq, ümumbəşəri dəyərlər məhv olur, beynəlxalq hüquq özünü realizə edə bilmir.”
BMT-nin qətnamələri zamanında icra olunsaydı, məsələ bu həddə qədər gəlib çıxmazdı
Həmsöhbətimiz vurğulayıb ki, Qarabağ savaşında Azərbaycan öz gücünə vuruşdu və qələbə qazandı. Halbuki, BMT-nin qətnamələri zamanında icra olunsaydı məsələ bu yerə qədər gəlib çıxmazdı. İndi də mina məsələsi. Azərbaycandan savayı, hamı susur və seyr edir. Öz hüququmuzu yenə özümüz müdafiə edirik. Beynəlxalq təşkilatlar isə sözün həqiqi mənasında yatıb. Yaxşı, o zaman bunun adı ikili standart deyil, bəs nədir? Həmin beynəlxalq təşkilatlar deyilmi, hər gün demokratiyadan bərk-bərk dəm vuran, gur-gur guruldayan, səslərini başlarına atan? Danışsınlar da yenə. Niyə danışmırlar? Axı, əsl danışmalı məqam indidir. Axı, Azərbaycan jurnalistləri günahsız yerə həlak olublar. Axı, müharibənin bitməsinə rəğmən ermənilərin hərbi cinayətləri davam edir. Axı, beynəlxalq hüquq deyə bir məhfum var, həmin beynəlxalq hüququn ana prinsipləri, müddəaları var. Kim qoruyacaq onu? Kim qorumalıdır onu? Hər işi dövlətlər özləri görəcəklərsə, o zaman həmin prinsiplər, ümumbəşəri dəyərlər kimin üçün, nə üçündür? İmitasiya, saxta oyunlar qurmaq, ya boğazdan yuxarı kül üfürmək üçündür?
Yaqut Ağaşahqızı, "İki sahil”
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib