“Münxendəki diplomatik zəfər gələcək uğurlarımız üçün vəsilə olacaq” - DEPUTAT

“Münxendəki diplomatik zəfər gələcək uğurlarımız üçün vəsilə olacaq” - DEPUTAT
 

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş olan plenar iclasda cənab Prezident İlham Əliyevin iştirakı və dövlət başçımız tərəfindən Azərbaycanın maraqlarının ən yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Möhtərəm Prezident öz çıxışında bir çox məsələlərə toxundu, sülhlə bağlı fikirlərini açıqladı, qarşı tərəfin və dünyadakı güclərin bölgədəki sabitliyin bərpası üçün nə etməli olduğunu söylədi və ən nəhayət bir sıra mövzularla bağlı konkret, tutarlı iradlarını bildirdi. Bir az obrazlı desək, Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin parlaq qələbəsi və Paşinyanın növbəti nakautu idı və məlum Konfrans bir daha sübut etdi ki, Ermənistanın aylardır, illərdir sərgilədiyi imitasiya, spekulyasiya heç bir işə yaramır. Bölgəyə mütləq sülh lazımdır. Fəqət, gerçək bir sülh! Həmin sülhün bərqərar olması üçünsə Ermənistan tərəfi reallıqları gözə almalı, Avropanın üst qurumları və həmin qurumların nümayəndələri faydalı cəhdlər etməli və Azərbaycanın diqtə etdiyi şərtlər yerinə yetirilməlidir. Eyni zamanda Qarabağda məskunlaşan erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağın mümkünlüyü ilk növbədə Qarabağa xüsusi missiyalarla göndərilmiş Vardanyanın bölgədəki separat fəaliyyətinə son qoymaqdan keçir. Çünki bu adam xəstə təfəkkürdədir, bu adam cinayətkardır, Avropada çirkli pulların yuyulmasında adı keçən canidir, missionerdir, saxtakardır və kimlərin sifarişi ilə ortada olduğu da məlumdur. Cənab Prezident İlham Əliyev də öz mükəmməl çıxışında cinayətkar Vardanyanı ifşa etdi və eyni zamanda Dağlıq Qarabağ inzibati vahidinin olmadığını hər kəsin diqqətinə çatdırdı. Heç şübhəsiz ki, Konfransda bərqərar olan diplomatik üstünlüyümüz Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq.” - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti