"Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin bağlanış tədbiri keçirilib

"İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin bağlanış tədbiri keçirilib.
Bağlanış tədbirində "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, "Loqos” un rəhbəri Təranə Məmmədova, Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, "Loqos”- un baş psixoloqu Elmira Mirzəyeva, layihənin psixoloqları və layihədə iştirak edən 30 şagird iştirak ediblər.
İlk öncə qonaqları salamlayan "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov layihənin gedişatı və əhəmiyyətindən bəhs edərək, layihə barədə ümumi məlumatları tədbir iştirakçıları ilə bölüşüb.
Sonra "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Leyla Rəhimova layihə çərçivəsində keçirilən seans və qrup terapiyaları, layihənin mediada işıqlandırılması və digər məlumatları özündə cəmləşdirən hesabat təqdimatı ilə çıxış edib.
Daha sonra Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, "Loqos”un rəhbəri Təranə Məmmədova, "Loqos”un baş psixoloqu Elmira Mirzəyeva çıxış edərək, layihənin əhəmiyyətini xüsusi vurğulayıb, bu tipli layihələrin cəmiyyətin həssas təbəqəsindən olan internat məzunlarının cəmiyyətə inteqrasiyası və onlara dövlət tərəfindən dəstəyindən danışıblar.
Sonra layihədə fəaliyyət göstərən psixoloqlara təşəkkürnamələr, layihə iştirakçılarına isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində 30 nəfər gəncə (Mərdəkan, Maştağa və Buzovna) psixoloji xidmət göstərilib, qrup terapiyaları və qrup işləri təşkil edilibdir.
 
 

Xəbər lenti