Müzəffər Ali Baş Komandan - Ramiz Göyüşov yazır
24 Dekabr 2021, 09:57
24 Dekabr
2021
09:57
774
44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən bir ildən bir qədər çox vaxt keçir. Müharibədə bütün məsuliyyəti və vəzifələri öz üzərinə götürərək gecə-gündüz, istər döyüş meydanında, istər danışıqlar masası arxasında, istərsə də informasiya cəbhəsində misilsiz qəhrəmanlıq göstərən Ali Baş Komandan cənab İlham Əliyevin hər sözünü, hər kəlməsini, hər hərəkətini dövlətimizin və xalqımızın milli birliyinin, təhlükəsizliyinin, milli maraqlarının təmin edilməsi istiqamətindəki rolunu, qələbənin necə, nəyin bahasın əldə edildiyini və miqyasını indi daha dərindən dərk edirik. Cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük şəxsiyyət olduğunu dönə-dönə təsdiq etməli olursan.
Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Ərazi bütövlüyümüzün bərpası, İşğal olunmuş torpaqlarımızın qaytarılmasıdır. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər, əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, hallanacaq, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır.
İndi, düşmən tərəfi ilə, vasitəçilərlə, böyük dövlətlərin rəhbərləri ilə aparılan danışıqların sirləri, detalları açıldıqca, aydınlaşdıqca, müxtəlif informasiya mənbələrinin Qarabağ problemi ilə bağlı məlumatları ilə tanış olduqca İlham Əliyevin bir vətəndaş kimi, bir azərbaycanlı kimi, Ümummilli liderimiz Heydər Əliyevin bir silahdaşı kimi, bir sərkərdə, bir siyasətçi və bir dövlət başçısı kimi müdrikliyi, üzaqgörənliyi, səbri, dönməzliyi, əzmkarlığı, yenilməzliyi, qətiyyəti qarşısında heyrətə gəlirsən. Onun xarakterinin bu çalarları qarşısında baş əyməli olursan.
Danışıqlar prosesinin İlham Əliyev dönəmində o, bu danışıqları tək aparırdı. Danışıqların vaxtını, gündəliyini, formatını təkbaşına müəyyənləşdirirdi. Ötən 17 il ərzində Amerika, Rusiya və Fransa kimi dövlətlərin həmsədr olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda nə qədər təkliflər, həll variantları hazırlandı. Düşmən ölkədə 3 dəfə ölkənin rəhbəri dəyişdi, həmsədr ölkələri təmsil edən dövlətlərin prezidentləri, onların nümayəndələri bir neçə dəfə dəyişdi. Dəyişməyən bir şey vardı. Azərbaycan Prezidenti İlham Əliyev və onun dəyişməz mövqeyi, dönməz iradəsi, yenilməz qətiyyəti. Düşmən tərəfi nə qədər danışıqları pozsa da, status-kvonu uzatmağa çalışsa da, Azərbaycana qarşı yeni ərazi iddiaları niyyəti ilə təxribatlar törətsə də cənab İlham Əliyev dözmək həddinə, dözüm sərhədinə qədər dözdü və düşməni, onlara dəstək verən, havadarlıq edən qüvvələri dəfələrlə xəbərdar etdi. "Dayanın, durun” - dedi. Bu təxribatçıları, yaramazları "dayandırın” dedi. Lakin düşmən tərəfi nəticə çıxarmadı. Nəhayət onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Əsrə bərabər 44 günlük müharibədə Azərbaycanın Böyük və Müqəddəs qələbəsi təmin edildi. Bu qələbə nəticəsində müstəqilliyimiz də, ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi. Status-kvo da, Dağlıq Qarabağın statusu da "gorbagor oldu»
Müharibədən sonra regionda yeni bir situasiya yaranıb. Bu situasiyada diqtə edən Azərbaycandır və Azərbaycan Prezidentidir.
İndi Qarabağda böyük tikinti, bərpa və abadlıq işlərinə başlanıb. Bir müddət keçəcək Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Bu işləri müəyyənləşdirən və onlara birbaşa nəzarət edən də cənab Ali Baş Komandan İlham Əliyevdir.
Zaman keçəcək, 30 illik mübarizəni, danışıqlar prosesini, müharibə dəhşətlərini özündə əks etdirən çox seriyalı sənədli və bədii filmlər bu qəhrəmanlıqdan danışacaq. Yazıçılarımız, şairlərimiz ən gözəl əsərlərini bu qələbəyə həsr edəcək, Ağdamda, Füzulidə, Xocavəndə, Suqovuşanda, Murovda, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəkbəcərdə, Laçında və nəhayət Şuşada müharibə səhnələrini özündə canlı əks etdirən, təbiət qoynunda monumental abidələr ucalalacaqdır. Bəstəkarlarımız bu qələbəyə həsr olunmuş və əsrlərlə səslənəcək möhtəşəm qələbə mahnısını, ən gözəl əsərlərini bu qələbəyə həsr edəcəklər. Və bütün bu əsərlərin baş qəhrəmanı Azərbaycan əsgəri ilə yanaşı, bu qələbənin əldə edilməsində 17 il çarpışmış Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaqdır.
Ramiz Göyüşov
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV