Natiq Məmmədli: "Azərbaycan mediasının güclü olması bizə lazımdır, xarici QHT-lərə yox"
09 May 2022, 21:05
09 May
2022
21:05
545
"Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt bu yaxınlarda "Amerikanın Səsi”nə verdiyi müsahibəsində Azərbaycanda media azadlığının vəziyyətinin problemli olduğunu deyib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Report"a müsahibəsində təşkilat təmsilçisinin fikirlərinin obyektiv olmadığını və "Freedom House”un növbəti dəfə Azərbaycan həqiqətlərini təhrif etdiyini bildirir.
Müsahibəni təqdim edirik:
- "Freedom House” təmsilçisinin Azərbaycanda media azadlığı ilə bağlı səsləndirdiyi iddialarını necə şərh edərdiniz?
- Bu, Azərbaycana münasibətdə ənənəvi tendensiyalı və qərəzli yanaşma olduğundan bizim üçün təəccüblü olmadı. Eyni fikirlər artıq uzun illərdir ölkəmizin ünvanına deyilir, media mühitinin sağlamlaşdırılması istiqamətində atılan addımlar, islahatların müsbət dinamikası nəzərə alınmır. "Freedom House” və eyni missiyanı həyata keçirən oxşar profilli QHT-lər sanki öz sehirli güzgülərində yalnız özlərinin görmək istədikləri dünyaya baxırlar, alternativ fikri eşitmək, əsassız şəkildə ittiham olunan qarşı tərəfi dinləmək, dialoqa getmək onların sadəcə təbiətində yoxdur. Mark Behrendt iddia edir ki, "Media haqqında” Qanun "islahat yox, məhdudlaşdırcı olacaq” və maraqlısı odur ki, onun fikirləri ilə tanış olduqca adama elə gəlir ki, o, ümumiyyətlə qanunu oxumayıb, yalnız onun ətrafında gedən söz-söhbətlər əsasında fikir yürüdür. Təəssüf ki, qanunun müzakirəsi zamanı "oxumamışam, lakin ittiham edirəm” düşüncəsində olanlarla çox rastlaşdıq. Behrendt qanunla tanış olsaydı bilərdi ki, Azərbaycanda heç kim "jurnalistlərin siyahısını tutmaq” kimi absurd prosesə başlamaq niyyətində deyil. Əgər söhbət jurnalistlərin Media Reyestrinə daxil edilməsi və onlara jurnalist vəsiqəsinin verilməsindən gedirsə, bu, tamamilə könüllü xarakter daşıyır. Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Reyestrə məlumatları daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqi müzakirə mövzusu belə ola bilməz.
- Behrendt iddia edir ki, xarici media qurumları yenidən qeydiyyatdan keçməyə "məcbur ediləcək”, bu nə dərəcədə doğrudur?
- "Freedom House” təmsilçisi Azərbaycana münasibətdə "Sərhədsiz reportyorlar”ın haqsız mövqeyini təkrarlayır ki, guya "media orqanlarının xaricdən maliyyə almalarının qadağan edilməsi” müstəqil mətbuatın üzünə "məlumat qapılarını bağlayacaq”. Bir daha vurğulamaq istərdik ki, "Media haqqında” Qanun jurnalistlərin "freelancer” qismində və ya digər statusla xarici media subyektləri ilə əməkdaşlıq etməsini və gəlir qazanmasını heç bir halda məhdudlaşdırmır. Digər tərəfdən, cənab Behrendt kimi təcrübəli ekspertin medianın müstəqilliyinin şərti kimi onun xaricdən maliyyələşməsini əsas götürməsi fikri tənqidə dözümsüzdür və sadəcə təəccüb doğurur. Azərbaycanda fəaliyyət göstərən xarici media orqanları nümayəndələrinin yenidən qeydiyyatdan keçməyə "məcbur ediləcəyi” fikri isə "Freedom House”un özünü inandırmağa çalışdığı absurdun davamıdır. Azərbaycanda onlarla xarici media subyektlərinin müxbir və təmsilçiləri öz peşə fəaliyyətlərini sərbəst şəkildə yerinə yetirməyə davam edirlər və onların təkrar qeydiyyatına heç bir ehtiyac yoxdur.
Mark Behrendtin sözügedən müsahibəsində Azərbaycan jurnalistlərini dövlətə qarşı çıxış etməyə həvəsləndirən açıq çağırışların olması başadüşülən deyil. O, hətta bunun üçün "araşdırmaçı jurnalistika layihələrini həyata keçirməyin, təlimlər keçməyin və avadanlıqla təmin etməyin” mümkünlüyündən danışır. Yəni, "Freedom House”un proqramlar direktorunun jurnalistin siyasi və ya digər formada hər hansı mövqe bildirməsinin media etikası ilə ziddiyyət təşkil etməsindən də xəbəri yoxdur? Mark Behrendt iddia edir ki, jurnalist "bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlara fövqəladə maddi yardım göstərməliyik”. Məhz bu yanaşma "Freedom House”un əsl mahiyyətinin göstəricisidir və ifadə azadlığı, ictimai maraqlardan çıxış etməli olan jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə dövlət suverenliyi və ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək öz reytinq cədvəllərində Qarabağın dağlıq hissəsini "müstəqil ərazi” adlandıraraq "qismən azad ölkələr” kateqoriyasında göstərmiş "Freedom House” Azərbaycan ictimai rəyində öz etibarını çoxdan itirib.
- Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Saidin Azərbaycanda medianın durumu ilə bağlı fikirlərinə münasibətinizi bilmək istərdik.
- Azərbaycan informasiya mühitinin sağlam, beynəlxalq rəqabətə davamlı olması, Azərbaycan mediasının güclü olması bizə lazımdır, "Freedom House” və ya hər hansı başqa xarici QHT-lərə yox. Xanım Gülnoza Said həmfikir olduğu təşkilatların hesabatlarında yer alan iddialara istinad etməklə yanaşı, eyni zamanda, Azərbaycanı təhdid edir. O, açıq şəkildə bəyan edir ki, xarici media qurumlarını Azərbaycanda keçirilən beynəlxalq tədbirləri işıqlandırmamağa səsləyirlər. Bu, müstəqil ölkəyə qarşı təhdidkar davranış deyilmi? Bu, artıq qəbuledilməzdir ki, Jurnalistləri Müdafiə Komitəsi adlı qurum jurnalistlərin informasiya almaq, məlumat toplamaq hüququnu məhdudlaşdırmaq məqsədi ilə çağırış edir.
İsrarla fərqli şəkildə təqdim olunmağa çalışılsa da, xüsusilə vurğulayırıq ki, Azərbaycan Respublikasında heç bir jurnalist, jurnalist fəaliyyəti ilə məşğul olmasına görə və ya peşə fəaliyyətini yerinə yetirməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməyib. Yalnız qanunla qadağan olunan ictimai təhlükəli əməli törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş və qanunla nəzərdə tutulmuş qaydada mühakimə olunmuşlar. Dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi.
Haqlı olaraq belə qənatə gəlirik ki, donorları qarşısında özünü lazımlı göstərmək istəyən bu kimi QHT-lər fikir, söz, ifadə və media azadlığının əsl mahiyyətini təhrif etməklə, bu azadlıqları müxtəlif subyektlərin mənafelərinə xidmət edən şəkildə sui-istifadə edirlər.
Ölkəmizə, onun media mühitinə qarşı sistemli şəkildə qara yaxan qüvvələrin mövqeyi ilə razılaşmırıq və bu nihilizmi qınayırıq.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat