Son xəbərlər

İdarə Heyətinin sədri Konstitusiya Məhkəməsinin təşkil etdiyi konfransda çıxış edib

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mayın 3-də Konstitusiya Məhkəməsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda təşkil etdiyi elmi-nəzəri konfransda çıxış edib.

Hüquq jurnallarına dair monitorinq hesabatı hazırlanıb

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edib.

Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu aprelin 26-da Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirib.

Pirallahı rayon icra hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu müxtəlif dövlət qurumlarının (orqanlarının) əməkdaşları üçün mütəmadi olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mövzularında silsilə təlimlər keçirir. Bu istiqamətdə keçirilən təlimlərin davamı olaraq İnstitutun təlimçi-ekspertləri aprelin 23-də Pirallahı rayon İcra Hakimiyyətinin 25 nəfər əməkdaşı üçün təlim keçiblər.