"Obyektiv məqaləyə görə təşəkkür edirəm" - DEPUTAT


7NEWS.az xəbər verie ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti Rikardo Sançesin "Yalnız sərhədləri delimitasiya etməklə Ermənistan və Azərbaycan sülh içində yaşaya bilər” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə ötən əsrin sonlarında torpağımızın işğalından tutmuş, bir neçə gün öncə şərti sərhəddəki təxribat, dumanda azaraq əsir düşmüş əsgərmizə qarşı vəhşi davranış, Ağır Atletika üzrə Avropa çempionatının açılışı zamanı Azərbaycan bayrağının yandırılması kimi faktlar xatırladılaraq iki ölkə arasındakı qarşıdurmanın məhz Ermənistanın yeritdiyi düşmənçilik siyasətindən qaynaqlandığı vurğulanır. Müəllif 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı hay vəhşiliyini öz gözüylə gördüyünü qeyd edir.
Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq əziz dostumuz Rikardo Sançesə regionda baş verənlər haqda növbəti obyektiv məqaləsinə görə təşəkkür edirəm!"

Xəbər lenti