"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov

7NEWS.az xəbər verir ki, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etmişdi. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunurdu. 
Məsələyə münasibət bildirəm QHT sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov ermənilərin üçün unikal fürsətin qaçırıldığını dedi: "Azərbaycan tərəfi hər zaman olduğu kimi Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün Bakıya dəvət etdi. Təəssüflə qeyd etməliyəm ki, erməni tərəfi xislətlərinə adekvat şəkildə bu təklifdən imtina etdilər. Bu sadəcə təklif deyil, bu onlar üçün böyük bir fürsət idi.  Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, onların başqa çıxış yolu yoxdu. Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur. Görünən odur ki, ya Qarabağda yaşayan ermənilər də müalicəsi ancaq "dəmir yumruq" olan "erməni sindromu"na yoluxublar, ya da Vardanyan, Arayik kimi terrorçuların alətinə, daha dorusu girovuna çevriliblər"

Xəbər lenti