PA rəsmisi: "QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır"

PA rəsmisi:
Vüsal Quliyev ictimai iştirakçılığın ölkəmizin inkişafı və tərəqqisi üçün vacibliyini qeyd edib

20 may 2021-ci il tarixdə "İctimai Şuraların fəaliyyətinə dair Bələdçi” adlı vəsaitin onlayn təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Asministrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ictimai iştirakçılığın və İctimai Şuraların yaradılmasının ölkəmizin inkişafı və tərəqqisi üçün vacibliyini qeyd etmişdir. Əlavə etmişdir ki, cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımızın üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməli, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır.

Xəbər lenti