Paşinyanın sülh sazişi ərəfəsində qaçdı-tutdu oyunu...

Paşinyanın sülh sazişi ərəfəsində qaçdı-tutdu oyunu...
Növbəti erməni təxribatlarının arxasında duran kimlərdir?
Sentyabrın əvvəlində sülh sazişinə doğru sürətli addımlar atılırdı. Avropa İttifaqının Grezidenti Şarl Mişelin təşəbbüsü ilə Avropada, paralel olaraq Putinin hakimliyində Rusiya ərazisində gedən müzakirələrdə bir çox anlaşmalar əldə edilmişdi. Ancaq həmin vaxt rəsmi İrəvan bütün prosesi pozdu: Sentyabrın ilk günlərindən Ermənistan silahlı qüvvələri və Qarabağda hələ də qalmış qanunsuz silahlı birləşmələr atəşkəsi davamlı olaraq pozdular, informasiya təxribatları da paralel olaraq həyata keçirildi. Sentyabrın 12-də isə ermənilər bütün cəbhə boyunca genişmiqyaslı təxribat törətdilər və 3 gün şiddətli döyüşlər davam etdi. Nəticədə ermənilərin dişini növbəti dəfə sındırdıq, daha bir dəmir yumruq yedilər.

Bundan az sonra sülh gündəliyi üzrə danışıqlar daha da intensivləşdi, Paşinyan da, onun bəzi havadarları da anlamış oldular ki, sülhə gəlməkdən başqa çıxış yolu qalmayıb.

Ancaq görünən budur ki, Ermənistan növbəti sülh gözləntisi ərəfəsində də ənənəvi təxribatlarını davam etdirir. Yenə də sərhəddə davamlı olaraq atəşkəsi pozurlar, yenə də informasiya cəbhəsində təxribatlar törədirlər.

Son olaraq belə yalan tirajlamışdılar ki, guya Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açıb.

Azərbaycan Müdafiə Nazirliyi bunu dərhal təkzib etdi: "Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”.

Belə görünür ki, Ermənistan sülhü könüllü şəkildə istəmir, yenə də öz pozucu xislətinə sadiqdir. Ortaya bir sual çıxır: sülh müzakirələrində pozitiv açıqlamalar verən Paşinyan növbəti dəfə ikiüzlülük edir, orduya atəş, informasiya təxribatçılarına növbəti əmr verir, yoxsa bu antisülh prosesini həyata keçirənlər Paşinyanın bacarmadığı revanşistlərdir? Ekspertlər hansı versiyanı daha məntiqli hesab edir? Və bu durumda Azərbaycan hansı mövqeyi tutmalıdır?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev: "Məsələnin, problemin kökü ilk növbədə Paşinyanın özünün ciddi adam olmaması ilə bağlıdır. Yəni səbəb hər nə olursa-olsun, nəticə etibarilə sülh müqaviləsinin ən azından bu günə qədər imzalanmaması birbaşa Paşinyanın zəif xarakteri və yürütdüyü qeyri-adekvat siyasətlə əlaqəlidir. Adam iki əlində 4 qarpız saxlamaq istəyir. Üstəlik, onu da anlamır ki, buna nə gücü var, nə resursu, nə də qabiliyyəti. Ona görə itirə-itirə gedir və maraqlı məqamlardan biri də odur ki, sülh müqaviləsinin imzalanmasının elə ilk öncə Ermənistanın özü üçün nə qədər vacib olduğunu Paşinyandan savayı hər kəs görür, anlayır, dərk edir. Ermənistanın baş naziri isə hələ hamının könlünü almaq və bu minvalla hakimiyyətini qorumaq dirənişindədir. Hamının könlünü almaq deyərkən, əsasən revanşistləri nəzərdə tuturam. Hansı ki, birbaşa erməni diasporuna pərçimlənib. Əslində Ermənistanın öz daxilində iki fərqli qüvvənin savaşı gedir, Sorosçularla diasporçuların savaşı. Üstəlik, bunların heç biri xalqa bağlı deyil, xalqın maraqlarından çıxış etmir. Paşinyan isə müstəqil qərar qəbul edən fiqur olmadığına görə yeganə çıxış yolunu zaman uzatmaqda, prosesi məchul bir dövrə transfer etməkdə görür. Amma onun bu cəhdləri alınacaqmı, səmərə verəcəkmi? Əlbəttə ki, yox. Çünki Paşinyan özbaşına deyil. O, sülh müqaviləsini imzalamağa məcburdur. Hətta məhkumdur. İmzalamasa, daha betər problemlərlə baş-başa qalacaq və məhz həmin problemlərin fonunda hakimiyyətdən gedişini öz əli ilə sürətləndirəcək. Yəni iki yol var: ya revanşistlərdən qorxmamaq və onların mümkün təzyiqlərini gözə almaq, ya da sülh müqaviləsinin imzalanmasını uzadacağı, ləngidəcəyi halda özünü və dövlətini daha rəzil kökə salmaq. Hər halda, birinci yol daha optimaldır. Çünki revanşistlər əsasən klan xarakterində fəaliyyət göstərir və xalq içində elə də böyük nüfuza malik deyillər. Belə olan halda isə Paşinyana, sadəcə, bir az təpər və özgüvən lazımdır ki, kimsəni eşitmədən və həyatında ilk dəfə xalqının mənafeyindən çıxış edərək gəlib sülh müqaviləsini imzalasın.
Elşən Musayev: Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsidir -
Elşən Musayev

Bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün sülh müqaviləsinin imzalanmasında hər kəs maraqlıdır. Bilirsiniz ki, Avropanın da bu yöndə ciddi vasitəçilik cəhdləri olub və yenə də var. Hətta Rusiya faktoru məlum istiqamətdə çox qabardılır - əngəl baxımından - amma inanın, mənim şəxsi düşüncəmə, qənaətimə görə, hətta Rusiya da həmin sülh müqaviləsinin imzalanmasının əleyhdarı deyil. Ən son variantda neytral mövqe tutmağa hazırdır. Ona görə lap əvvəldə söylədiyim fikri bir daha təkrarlamaq məcburiyyətindəyəm: burada əsas problem Paşinyanın zəif, qorxaq, anormal xarakterə sahib olmasıdır. O, ciddi və praqmatik siyasətçi olsaydı, vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı, problemlər bu həddə qədər irəliləməzdi. Fəqət, yenə də gec deyil. Paşinyan bütün olanlardan, əsas da qulağının dibinə ard-arda dəyən sillələrdən nəticə çıxarmalı, düzgün yola qayıtmalıdır. Ermənistanın baş naziri müharibədən sonrakı dövrdə mina terroru ilə başlayıb sentyabr təxribatları ilə davam edən siyasətindən əl çəkməlidir. O, öz dövlətinə və millətinə daha böyük ziyanlar vurmadan gəlib sülh müqaviləsini imzalamalıdır. Çünki başqa yol və alternativ yoxdur".  
Ermənistanın Soçi razılaşmasına
 Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov maraqlı bir təkliflə çıxış etdi: "Paşinyana qalsa, çoxdan sülh müqaviləsini imzalayar. Hətta İbrahim Kalın belə bunu dilə gətirdi. Bu o demək deyil ki, Paşinyan yaxşıdır. Sadəcə, praqmatikdir. Amma orada da ictimai fikir var, orduda revanşistlər var. Bu da onları buraxıb ki, gedin qabağa. Onlar da hər qabağa gələndə Azərbaycan Ordusu təpələrindən yumruqla qoyur, "dincəlirlər". İndi bunlar tam yararsız hala gələndə Paşinyan deyəcək ki, indi çəkilin görüm. İnşallah, o zaman Azərbaycanın dediklərinin altından qol çəkəcək. Amma biz də gərək ayıq, güclü olaq, geosiyasi olaraq Turançı olaq. Azərbaycan-Türkiyə ikilisi bu işdə davam etməlidir. Bütün resurslar bu yeni konfiqurasiyaya cəlb edilməlidir. Hətta təklif edərdim ki, "Qızıl Alma İttifaqı” təsis edilsin. Ya iqtisadi-gömrük, ya da hərbi-siyasi ilkin əməkdaşlıq üçün. Ermənilər də, onların dostları da bu okeanın icində sakit adalar olmalı, yoxsa okeanın suları daşar".
İrəvanın gizli planları
Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva erməni tərəfin öz sonlarını yaxınlaşdırdığını qeyd etdi: "Ermənistanın 10 noyabr bəyanatını imzaladığı gündən bu günə qədər provokasiya cəhdləri, sülhdən yayınma üçün hər vasitəyə əl atması vərdiş halını alıb. Sabotaj cəhdlərinin səbəbi ilk növbədə erməni xalqına xas olan riyakarlıq xüsusiyyəti ilə bağlıdırsa, Paşinyanın şəxsində isə şəxsiyyət ikiləşməsinin göstəricisidirsə, digər tərəfdən, İrəvanın müstəqil olmaması ilə bağlıdır. Daxildən rəsmi İrəvana paralel siyasi qüvvələrin hakimiyyətə təsir imkanlarının olması, xaricdən isə müxtəlif qütblərdən siyasi, iqtisadi, hərbi asılılıq hər gücün ayrı-ayrılıqda əlini sıxma məcburiyyəti yaradır ki, bu da özünü nəticə etibarı ilə söz və əməlin bu cür geniş miqyasda fərqlənməsinə gətirib çıxarır. Üçüncü tərəfdən isə Paşinyan cidd-cəhdlə bölgədə Qərb müşahidəçilərinin yer almasına nail olmaq istəyir. Təxribatların törədilməsində, vaxtaşırı Rusiyanın bölgədəki yetərsizliyini vurğulamasında da məqsəd ikinci cəbhənin yaradılmasına don geyindirməkdir. Paşinyan artıq bu istəyinə nail olub. Lakin unutmaq olmaz ki, Ermənistanın Rusiya ilə 1997-ci il müqaviləsi var. Sərhədlərinin qorunmasını Rusiyaya həvalə edən bir dövlət həmin sərhədlərin içərisinə rəqib cəbhənin hərbçilərini necə gətirə bilir? Bu vəziyyətdə artıq Azərbaycanın addımına ehtiyac qalmır. İrəvan özü öz sonunu yaxınlaşdırır”.
Yazar: Kənan Novruzov
Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Paşinyanın oyunlarının uzun zaman çəkməyəcəyini qeyd etdi: "Ermənilər hər zaman sərhəddə təxribat törədəndə üçüncü qüvvəyə arxalanıblar, bu ya Rusiya, ya Amerika, ya da Fransa olub. Son təxribatda isə arxalandıqları qüvvə Avropa İttifaqı oldu. Bilirsiniz ki, Fransa bu ittifaqın əsas aparıcı ölkələrindən biridir. Praqada keçirilən dördtərəfli görüşdən sonra Avropa İttifaqının missiyasının bölgəyə gəlməsi ilə bağlı verilən qərar Paşinyanı həvəsləndirdi. O özü belə hesab edir ki, bu, təhlükəsizlik yastığıdır. Artıq Daşkəsən istiqamətində hərbi texnikalar yığmağa başlayıblar. Ermənilərin bu dəfə arxalandıqları Avropa İttifaqı müvəqqətidir. Şarl Mişelin digər vasitəçilərdən daha səmimi olduğunu düşünürəm. Paşinyanın bu oyunları uzun zaman çəkə bilməz. Fransa regionda sülhü heç zaman istəmir. Ölkə başçısı ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyini qeyd edib. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının sədri də dedi . Ardınca nə oldu? Avropa İttifaqının mülki missiyası gəldi. Sənəddə göstərilib ki, bunların fəaliyyəti iki ay müddətindədir. Bu da ilin sonuna qədər anlamına gəlir”.

Xəbər lenti