Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə FƏRMAN İMZALADI
7NEWS.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanı olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1224; 2009, № 4, maddə 222, № 12, maddə 988; 2012, № 2, maddə 83, № 5, maddə 429; 2016, № 3, maddə 466) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.3.5-ci və 2.4.4-cü yarımbəndlərə "Təşkilatlarına” sözündən sonra "məlumatlandırma,” sözü əlavə edilsin.
2. 2.4.8.1-ci, 2.4.8.4-cü və 2.4.8.5-ci yarımbəndlər ləğv edilsin.
3. 2.4.8.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.4.8.6. müsabiqəyə təqdim olunan layihələrlə bağlı müvafiq qərarlar qəbul edir;”.
4. 2.4.8.7-ci və 2.4.8.9-cu yarımbəndlər ləğv edilsin.
5. 2.4.11-ci yarımbəndə "hesabatını” sözündən sonra "dinləyir” sözü əlavə edilsin.
6. 2.4.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.4.12. icra olunan layihələrin monitorinqinin aparılmasına və qiymətləndirilməsinə dair Katibliyin hesabatlarına baxır;”.
7. 2.4.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.4.13. proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitdən qeyri-hökumət təşkilatlarının istifadə etməsi vəziyyəti barədə Katibliyin rüblük və illik hesabatlarına baxır;”.
8. Aşağıdakı məzmunda 2.4.13-1-ci yarımbənd əlavə edilsin:
"2.4.13-1. Katibliyin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir;”.
9. 4.2.6-cı və 4.2.8-ci yarımbəndlər ləğv edilsin.
10. 4.3-cü bənddə "öz vəzifələrini icra edə bilmədikdə” sözləri "müvəqqəti olmadıqda” sözləri ilə əvəz edilsin.
11. 4.4.1-ci yarımbənddən "iclaslarında iştirak etmək, iclasın” sözləri "iclasının” sözü ilə əvəz edilsin.
12. 4.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"4.5.2. Şuranın iclaslarında iştirak etməli və üzrsüz səbəbdən iclasları buraxmamalı;”.
13. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
"4.7. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq mütəmadi keçirilir. İclaslar Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın gündəliyi və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclaslarında qəbul edilmiş qərarları iclasa sədrlik edən və katib imzalayırlar. Katib iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.”.
14. Aşağıdakı məzmunda 4.8.1-1 – 4.8.1-8-ci yarımbəndlər əlavə edilsin:
"4.8.1-1. Şuranın maliyyə yardımı müsabiqələri haqqında elanlar verir;
4.8.1-2. qeyri-hökumət təşkilatlarının Şuraya təqdim etdikləri layihələrin ekspertizasını aparır və bu məqsədlə ekspert qruplarının fəaliyyətini təmin edir;
4.8.1-3. Şuranın iclaslarında baxılacaq sənədlərin hazırlanması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təkliflər təqdim edir;
4.8.1-4. layihələrini Şuranın məqbul hesab etdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə şifahi müsahibə keçirir və nəticələri barədə Şuraya məlumat verir;
4.8.1-5. qeyri-hökumət təşkilatlarının iştirak etdikləri müsabiqələrin nəticələri barədə məlumatları dərc edir;
4.8.1-6. müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlayır;
4.8.1-7. Şuranın qərarı əsasında maliyyələşdirilən layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirir, icra olunan layihələrin monitorinqinin aparılmasını və qiymətləndirilməsini təmin edir və bu barədə Şuraya hesabat verir;
4.8.1-8. qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin nəticələrinə dair yekun aktını təsdiq edir və bu barədə Şuraya məlumat verir;”.
15. 4.8.4-cü yarımbənd ləğv edilsin.
16. Aşağıdakı məzmunda 4.8.7-2-ci və 4.8.7-3-cü yarımbəndlər əlavə edilsin:
"4.8.7-2. Şuranın tədbirlərini təşkil edir, o cümlədən Şuranın qəbul etdiyi qərarların icrası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya və qeyri-kommersiya qurumları ilə müqavilələr bağlayır;
4.8.7-3. qeyri-hökumət təşkilatları haqqında elektron resurslar yaradır;”.
17. 4.9.1-ci yarımbəndə "edir” sözündən sonra "və Katiblik adından əmr və göstərişlər verir, müqavilələr imzalayır” sözləri əlavə edilsin.
18. Aşağıdakı məzmunda 4.9.1-1-ci yarımbənd əlavə edilsin:
"4.9.1-1. Katibliyin illik iş planını təsdiq edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il.
Mənbə: President.az
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SOSİAL
Azərbaycan gənclər və könüllülər təşkilatlarının bəyanatı
-
MANŞET, SOSİAL
Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
MANŞET, SOSİAL
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
-
MANŞET, SOSİAL
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
MANŞET, SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
-
MANŞET, SOSİAL
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olundu - FOTO
-
MANŞET, SOSİAL
Əli Hüseynli: "İnam Kərimovun yüksək hüquqi təhsili, alim kimi elmi fəaliyyəti və dövlətçiliyə xidmətləri var"