Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”

Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”
"Ermənistanda ordularının məhv edildiyini, onun mövcud olmadığını anlayıblar, onların 10 min fərarisi var, onların bütün təsəvvürləri dəyişib”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxışı zamanı bildirib.

Prezident mövcud vəziyyətə görə Ermənistan cəmiyyətinin özünün günahkar olduğunu qeyd edib: "Bu psixoloji travmadır, bəli, siz tamamilə haqlısınız, amma bunun günahkarı kimdir? Onlar özləri. Yalnız hakimiyyətdəkilər deyil, bütövlükdə cəmiyyət. Gözlərini açmalı və bu mühitdə yaşamalı olduqlarını anlamalıdırlar”.

Xəbər lenti