Prezident: "Ermənilər müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər müharibə daha tez dayana bilərdi"

Prezident:
"Biz məhz Şuşanı azad edəndən sonra 8 noyabr tarixində Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək. Halbuki onlar əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi".

Bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

"Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin: Nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu, amma məcburən bunu etdilər. 44 gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı", - dövlət başçısı bildirib.

Xəbər lenti