“Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri özündə ehtiva edir” – PARTİYA SƏDRİ

“Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri özündə ehtiva edir” – PARTİYA SƏDRİ
 

"2023-cü il, 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən və "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusuna həsr olunan panel iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri və böyük perspektivləri özündə ehtiva edir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Həqiqətən də, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələrin öz aralarında çox yaxşı münasibətləri var. Eyni zamanda Azərbaycan Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ötən illər ərzində dövlətimiz tərəfindən nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Həmin nəqliyyat infrastrukturu isə ixracımızı şaxələndirməyə imkan verəcək.

Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır və yaxın zamanlarda, dəniz limanının bir addımlığında yerləşən azad zonanın açılışı həmin imkanlardan növbətisinin realizəsi baxımından çox ciddi əhəmiyyət daşıyacaq” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti