Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb
 
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisinin açılış mərasimi olub. O cümlədən, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin nəzdində yaradılan "Gənclər şöbəsi” nin təqdimatı və "Böyük addımlarla təhsilli gələcəyə layihəsinin” iştirakçıları ilə görüş baş tutub.

Keçirilən tədbirdə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Amcham-ın icraçı direktoru Natavan Məmmədova, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Hacıyev, Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Baku Travel turizm şirkətinin icraçı direktoru Əziz Şiriyev, ASGA-nın sədri Səbuhi Abbasov, SOS Uşaq Kəndinin nümayəndəsi Təranə Hacıyeva, Azərbaycan Respublikası Təhsil İnstitunun baş mütəxəssisi Tofiq Sadıqov , PXTİB-nin üzvləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və media nümayəndələri iştirak ediblər.
İlk əvvəl qonaqlar Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisinin açılış lentini kəsərək, ofisin binası və yeni yaradılan kitabxana ilə tanış olublar.

Sonra tədbiri açıq elan edən Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında geniş məlumat verib.

Açılış nitqi söyləyən Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova qonaqları salamlayıb və qonaqlara tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib. Natiq qeyd edib ki, Birlik tərəfindən yaradılan yeni layihələr gənclərin maarifləndirilməsi istiqamətində müsbət təsir edəcəkdir.

Daha sonra çıxış edən qonaqlar açılış mərasimi münasibətilə Birliyi təbrik ediblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Gənclər tərəfindən hazırlanan "Azərbaycan” kompozisiyası tədbir iştirakçılarında xoş ovqat yaradıb.








Xəbər lenti