Putinin ümidi Çin bazarıdır - ŞƏRH

24 Mart 2022, 11:34
24 Mart
2022
11:34
761
Rusiya prezidenti Vladimir Putinin Avropada dost olmayan dövlətlərə qazı rublla satacağı açıqlaması müxtəlif reaksiyalara səbəb olub. Putin bu qərarla həm onu tənqid edən Avropa ölkələrini cəzalandırmaq, həm rublu möhkəmləndirmək, həm də dollar və avronun mövqelərini zəiflətməyi planlaşdırır.
Rusiyadan qaz alan Avropa ölkələrinin iki seçimi var: Ya Rusiya bazarında rubl alaraq Putinin istəyinə uyğun ödənişi həyata keçirmək, ya da Rusiya qazından imtina etməkdir. Avropa ölkələri rublla ödəmə həyata keçirsələr, Ukraynadakı işğalçı müharibə ilə əlaqədar Rusiyaya qarşı elan etdikləri sanksiyalara zidd qərar vermiş olacaqlar. Soyuq ayların bitməsinə az qalıb. Bu baxımdan Avropa ölkələrinin bir qismi ödəməni əvvəlki qaydada həyata keçirib növbəti il üçün alternativ enerji bazarlarını tapmağa çalışacaqlar.
Avropa ölkələrindən Almaniyaya çətin olacaq. Bu ölkə qaza olan tələbatının təxminən yarısını Rusiyadan alır. Avstriya müqavilədə göstərildiyi kimi Rusiyadan aldığı qaza görə bundan sonra da ödəməni avro ilə ödəyəcəyini bəyan edib. Polşa gələn ildən ümumiyyətlə Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır.
Avropa ölkələri ard-arda Rusiya qazından imtina edərlərsə, Moskva Avropaya sata bilmədiyi qazı hansı ölkə və ya ölkələrə satacaq?
Kremlin tək ümidi Çindir. Rusiya Çinə uzanan boru xətti inşa edib. Boru xəttinin nəql imkanı 38 milyard kubmetrdir. Ancaq il ərzində bunun yarısı qədər qaz nəql edilib. Kreml "Sibirin gücü - 2” adlanan boru xətti ilə Çinə əlavə olaraq 50 milyard kubmetr nəql etməy planlaşdırır.
Buna baxmayaraq, Çin Rusiyanın ona təklif etdiyi qaz həcmini almağa tələsmir. Pekin Brüsselin strategiyasından istifadə edir. Çin yalnız Rusiyadan aldığı qazdan asılı olmaq istəmir. Çin qonşuları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan da qaz alır. Rusiya Çinə bu ölkələrdən daha ucuz qaz qiyməti təklif edir. Bununla Kreml Çinin Rusiya qazına üstünlük verəcəyinə ümid edir. Ancaq qiymətlər fərqli olsa belə Pekin qazın alınmasında şaxələndirməyə üstünlük verir. Bu o deməkdir ki, Rusiyanın Çin bazarına olan ümidləri özünü doğrultmaya da bilər.
Elxan ŞAHİNOĞLU,
"Atlas” Araşdırmalar Mərkəzi
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Putinin ümidi Çin bazarıdır - ŞƏRH
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Ramil Səfərov kimdir - qurban, qatil, yoxsa qəhrəman?
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq