“Qalib xalqın sağlam gəncləri” layihəsi start götürüb

“Qalib xalqın sağlam gəncləri” layihəsi start götürüb
Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan "Gənc Velosipedçilər” İctimai Birliyi "Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Biləsuvar rayonunda velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.
Layihə Biləsuvar rayonunda "Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilib, müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.
Növbəti layihələr Zaqatala rayonu və Bakı şəhərində təşkil ediləcək.
 
No description available.
No description available.

No description available.
No description available.

No description available.

Xəbər lenti