Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər

07 Noyabr 2023, 11:20
07 Noyabr
2023
11:20
121
Qarabağ Dirçəliş Fondu (QDF) və "Azərlotereya” ASC-nin təşkilatçılığı ilə "Hər şey Qarabağ üçün” şüarı altında yeni layihəyə start verilib.
Layihənin təqdimatına həsr olunan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, Fondun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, Xalq artisti, Fondun Müşahidə Şurasının üzvü Alim Qasımov, "Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, eləcə də QDF-nin donorları və partnyorları, televiziya və radio rəhbərləri, dövlət qurumlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq adıçəkilən qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək olmaq üçün birgə layihələrin həyata keçirilməsi, iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra layihəyə həsr edilən "Nə şanslıyam?!” adlı videoçarxın və www.forkarabakh.az saytının təqdimatı olub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək Fondun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini vurğulayıb və Fondla yaxından əməkdaşlıq edən bütün donorlara təşəkkürünü bildirib.
İdarə Heyətinin sədri qeyd edib ki, uzun müddət ərzində davam edəcək layihənin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstək vermək üçün ölkəmizdə insanlar arasında ianəçilik mədəniyyətinin təşviqi, daha çox insanın bu prosesə cəlb olunmasıdır:
"Layihə çərçivəsində "Azərlotereya” ASC tərəfindən keçirilən tirajlı lotereya ("Meqa 5/36”, "4+4” və "Super Keno”) biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Belə ki, tirajlı lotereya bileti alan hər kəs bu xeyriyyə kampaniyasının iştirakçısı kimi yalnız uduş əldə etmək imkanı qazanmayacaq, həm də işğaldan azad edilən ərazilərin, doğma Qarabağımızın bərpasına dəstək olacaq. Dünyada bu cür təcrübələr kifayət qədər çoxdur. İstəyərdik ki, bu ənənə ölkəmizdə də geniş yayılsın və daha çox insan Qarabağın bərpasına töhfə versin”.
"Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş "Hər şey Qarabağ üçün” layihəsinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb.
"Nə şanslıyıq ki, Qarabağımızı birgə dirçəldirik” deyən Osman Karakuş da kampaniyanı yüksək qiymətləndirərək bu şanlı yolda vətəndaşlarımızı Fonda dəstək olmağa çağırıb. O, "Azərlotereya”nın bu amal uğrunda hər zaman çalışacağına və tezliklə Qarabağın ən inkişaf etmiş regionlar sırasında olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, "Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində ilk lotereyanın tirajı 8 noyabr - Zəfər Gününə təsadüf edəcək.
Kampaniya barədə daha ətraflı məlumatı forkarabakh.az saytından əldə edə bilərsiniz.



Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM, SOSİAL
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM, SOSİAL
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
GÜNDƏM, SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
GÜNDƏM, SOSİAL
“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramına start verilib
-
GÜNDƏM, SOSİAL
17-ci Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib
-
GÜNDƏM, SOSİAL
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini elan edir
-
GÜNDƏM, SOSİAL
Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçirildi
-
GÜNDƏM, SOSİAL
GƏNCLƏR TƏŞKİLATLARİ ÜÇÜN 17-Cİ QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNUB