“Qarabağ” klubu Azərbaycan adına, idmanımız adına çox böyük işlər görür” – DEPUTAT

“Qarabağ” klubu Azərbaycan adına, idmanımız adına çox böyük işlər görür” – DEPUTAT
"Ağdamın "Qarabağ” klubunun növbəti qələbəsi hər kəs kimi məni də sevindirdi. Bu komanda həqiqətən də Azərbaycan adına, idmanımız adına çox böyük işlər görür. Biz artıq onların sayəsində futbolumuzla bağlı ciddi şəkildə ümidlənməyə başlamışıq” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Təbii ki, məlum qələbənin əsas memarlarından biri, Azərbaycanın fəxri Qurban Qurbanova da xüsusi təşəkkür düşür. Onun komanda daxilində yaratdığı peşəkar mühit, verdiyi motivasiya, oyunçulara güvənməsi, hər oyunda tərtib etdiyi məntiqli, müdrik sxem gözəl və arzulanan nəticələri şərtləndirən əsas amillərdəndir.

Ümid edirəm ki, "Qarabağ”ın uğurları növbəti illərdə daha da böyük olacaq və əziz klubumuz bizi sevindirməyə davam edəcək. 5 gün sonra "Olimpiakos”la Bakıda keçiriləcək oyunda da "Qarabağ”a bol şans və gözəl nəticə diləyirəm. Biz də stadionda olacayıq və doğma komandamıza dəstək verəcəyik!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti