Qarabağda cinayətkar nasistə heykəl qoyulub, rus kilsələri isə dağıdılıb
10 Fevral 2021, 10:00
10 Fevral
2021
10:00
989
Riyakarlıq – bu, "Qarabağın rus icmasının başçısı müharibədən sonrakı həyatdan danışıb” başlıqlı məqaləyə verilə biləcək ən dəqiq qiymətdir. Heç kimə sirr deyil ki, belə görüşlər və bu tip məqalələr adətən öz maraqlarını yürütmək məqsədi güdən "yerli hakimiyyətlər” tərəfindən təşkil olunur.
Elə "Moskovskiy Komsomolets”in (MK) həmsöhbəti, özünü "Dağlıq Qarabağın rus icmasının rəhbəri” kimi qələmə verən Qalina Somova da nüfuzlu Moskva nəşrinə məhz özlərinə sərf edəni deyir. Bu zaman onu, dediklərinin reallığa uyğun gəlib-gəlmədiyi maraqlandırmır.
Yerli rusların pravoslav kilsəsinin olmadığını vurğulayan Q.Somova deyir: "Yeri gəlmişkən, burada bizim üçün rus kilsəsi açılmalı idi, lakin hələlik bu arzumuz həyata keçməyib. Halbuki, 2010-cu ildə kilsənin tikiləcəyi yerdə təməl qoyulmuş, xaç ucaldılmışdı. Hələlik ümid yalnız Rusiya sülhməramlı qüvvələrinin keşişi Boris Atayadır”.
Xatırladaq ki, bu yaxınlarda Qarabağdakı Xocavənd şəhərində erməni nasist, Hitlerin əlaltısı olmuş Qaregin Njdeyə heykəl qoyulub. Bu həmin Njdedir ki, Holokost qurbanlarından talanmış qız-zinət əşyalarını satmaqda Hitlerin adamlarına kömək edirdi. Fürerə xidmət etdiyinə görə Sovet məhkəməsi ona 25 illik həbs cəzası da vermişdi. İndi isə bu adamın heykəlləri ucaldılır. Amma Hitlerə qulluq etdiyinə görə yox, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyinə görə. Yeri gəlmişkən, müasir Ermənistan da onun siyasətini davam etdirir.
Nə qədər xoş olmasa da deməliyik ki, bir neçə il əvvəl hətta rusiyalı "ulduzlar”ın iştirakı ilə Njde haqqında bərli-bəzəkli bioqrafik film də çəkilib. Əlbəttə ki, filmdə onun Hitlerə xidmət etməsi barədə bir kəlmə də yoxdur. Əvəzində, çox ibrətamiz bir epizod var. Njdeyə Zəngəzurda neçə "türk kəndi”nin qaldığını məruzə edirlər və cavabında o, deyir: "Biz o kəndləri azad edəcəyik!”. Məsələ ondadır ki, o, bu kəndləri yerli dinc əhalidən "azad etmək” istəyirdi. Sonra isə müasir Ermənistan Dağlıq Qarabağın ətrafında yerləşən və ümumiyyətlə erməni əhalinin yaşamadığı Azərbaycan rayonlarını işğal edir, ardından o torpaqları "azad edilmiş” ərazilər adlandırır.
Sevindirici haldır ki, artıq Ermənistanın özündə belə, politoloqlar sual edir: biz bu torpaqları kimdən azad etmişik?
Sanki bu kəndlər düşmən tərəfindən zəbt edilibmiş və xilaskar-qəhrəman Njde onları azad etməyə çalışırmış. Əslində isə söhbət dinc Azərbaycan kəndlərindən gedirdi. Bu yerlərin sakinlərinin yeganə "günah”ı erməni doğulmamaları idi. Njde məhz onların torpaqlarında özləri üçün "Dağlıq Ermənistan” yaratmaq fikrinə düşmüşdü.
Bu gün həmin hərbi cinayətkarın abidəsi Yerevanın düz mərkəzində yer alır. Rusiyada da onun adına xatirə lövhəsi quraşdırmaq istəyirdilər, lakin yerli hökumət buna imkan verməyib.
Maraqlıdır ki, bu iyrənc heykəllərə vəsait tapılır, pravoslav məbədinə isə yox. Şuşada "Qarabağ parlamenti”nin binasının inşası üçün də pul var imiş, amma pravoslav kilsəsinin tikintisi üçün yox.
Bir məqamı da xatırladaq. Erməni işğalına qədər Dağlıq Qarabağda pravoslav kilsələri olub. Erməni işğalı zamanı onların başına nə gəldiyi çox maraqlıdır.
Qarabağın tarixi paytaxtı Şuşada hələ XIX əsrdə Müqəddəs İoan rus pravoslav kilsəsi tikilmişdi. Nə qədər ki, Şuşada onun yerli əhalisi olan azərbaycanlılar yaşayırdı, bu kilsə mövcud idi. Bu, həm Rusiya imperiyası dövründə, həm müstəqil Azərbaycan Xalq Cümhuriyyəti, həm Sovet Azərbaycanının vaxtında belə olub. Kilsə Azərbaycanın 1991-1992-ci illərdə dövlət müstəqilliyini elan etməsindən sonra da qalmaqda idi. Şuşa şəhəri işğal olunanadək…
Bəs yeni "sahib”ləri kilsə ilə necə davranıb? Günbəz sökülüb, məbəd erməni üslubunda yenidən qurulub və kilsə erməni kilsəsi elan olunub. Amma Somova bu haqda heç nə demir. O, yalnız Şuşa və Hadrutdakı rus qəbiristanlıqlarının aqibətindən narahatlığını ifadə edir.
Xanım Somovanı əmin etmək istərdik ki, Azərbaycan sivil ölkədir. Biz tarixi abidələrlə, xüsusilə də məzarlarla "müharibə etmək” fikrində deyilik. O ki qaldı erməni qəbirlərilə bağlı insidentə, bir daha xatırladırıq ki, Azərbaycan prokurorluğu bununla bağlı araşdırmalara başlayıb, həmin kadrlardakı hərbçilər həbs edilib. Maraqlıdır, Ermənistanda belə bir presedent varmı? Ermənistan vətəndaşarından kimsə hərbi cinayətə, dağıdılmış və talan edilmiş muzeylərə görə, sözün hərfi mənasında donuz tövləsinə çevrilmiş məscidlərə görə cəza alıbmı?
Moskovskiy komsomolets, Rusiya
(Rus dilindən tərcümə – WorldMedia.Az)
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI